ELM VƏ TƏHSİL
“Microsoft” yeni “Edge” internet-brauzerinin əhatəsini genişləndirir
Bakı, 19 avqust, AZƏRTAC
“Microsoft” korporasiyasının rəhbərliyi yeni “Edge” internet-brauzerinin əhatəsini genişləndirir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu brauzerin bazar payı cüzidir, çünki “Edge” yalnız “Windows 10” əməliyyat sistemində əlçatandır, amma ABŞ-ın bu şirkəti məhsulun funksionallığını artırmaq niyyətindədir. Bu məqsədlə şirkət xüsusi proqramların istifadəyə verilməsini qərara alıb.
Bundan əvvəl nəhəng ticarət şəbəkələrində ən səmərəli marketinq alətlərindən biri olan loyallıq proqramı - “Windows Store” təqdim edilib. İstifadəçilər əlavə olaraq “Microsoft Rewards” proqramı ilə təmin olunacaqlar. Bu proqram vasitəsilə, onlar film, musiqi yükləyə biləcək və s. xidmətlərdən istifadə edəcəklər.