MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNİN 90 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2010-cu ilin iyun ayında ölkəmizin mühüm elmi-mədəni mərkəzlərindən sayılan Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətə başlamasının 90 ili tamam olur.
Azərbaycanda tarix elminin inkişafında rolunu və xalqımızın çoxəsrlik mədəni-tarixi nailiyyətlərinin təbliğində xidmətlərini nəzərə alaraq, Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 mart 2010-cu il.