Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Məclisin deputatı Özbəkistanın Əndican şəhərində silsilə görüşlər keçirib

Qənirə Paşayeva Əndican şəhərində ermənilərin Azərbaycanda və Özbəkistanda törətdiyi dəhşətli cinayətlərdən danışıb və gənclərə çağırış edib

Bakı, 5 oktyabr, AZƏRTAC

Özbəkistanın Əndican şəhərindəki Mədəniyyət Sarayında bu ölkənin Yazıçılar İttifaqının Əndican filialı, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbir və Milli Məclisin deputatı Qənirə Paşayevanın Özbəkistanda çap edilən kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.

Özbəkistan Yazıçılar İttifaqının Fərqanə vilayəti üzrə rəhbəri Xurşuda Kuçkarova tədbiri açaraq iki ölkə arasında dostluq münasibətləri, ölkələrimizin ziyalıları, yazıçı və şairləri arasında yaradıcılıq əlaqələri haqqında danışıb. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizə, ədəbiyyatımıza həsr olunan tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb və bu mənada deputat, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayevanın Əndicana səfəri, keçirdiyi görüşlər və müəllifi olduğu kitabın Özbəkistanın böyük şəhərlərindən olan Əndicanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib və iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib.

Tədbirdə Qənirə Paşayeva çıxış edərək Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışıb, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Milli Məclisin deputatı qeyd edib ki, Əndican şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir.

Qənirə Paşayeva tədbirdə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumat verib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib. Milli Məclisin deputatı əlaqələrin daha da genişləndirilməsinin, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsinin, qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda özbək dilində kitabının nəşr edilməsindən məmnunluq hissi duyduğunu deyib və əməyi keçənlərə təşəkkürünü bildirib. Azərbaycan, onun tarixi, mədəniyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Qənirə Paşayeva qardaş Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını söyləyən müəllif deyib: “Məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə etməsinə nail olmaqdır”.

Q.Paşayeva, eyni zamanda, ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, “Ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdiyi faciələri hər bir insan yaxşı bilməlidir və gənc nəslə tariximizi yaxşı öyrətməliyik” - deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib. Milli Məclisin deputatı qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inamını ifadə edib: “Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addımdır. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək”.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin nəzdində artıq xüsusi tərcüməçilər məktəbinin formalaşdığını qeyd edərək, son illərdə Azərbaycan ədəbiyyatına dair Özbəkistanda 60-dan çox əsərin özbək dilinə tərcümə edildiyini və Daşkənddə kitab halında çap olunduğunu bildirib. Samir Abbasov Azərbaycan mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı nəşrlərin, tədqiqat əsərlərinin Azərbaycana maraq göstərən hər bir kəs üçün olduqca maraqlı mənbəyə çevrildiyini söyləyib.

Çıxış edən Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şəmil Əliyev, Özbəkistanın tanınmış şair, yazar və alimləri hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləyib, regionlar arasında əməkdaşlığa dair potensialın böyük olduğunu və mövcud imkanlardan istifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Tədbirdə bədii proqramda Əndican məktəblilərinin iki ölkə dostluğuna, Qənirə Paşayevanın şeirlərindən ibarət hazırladıqları ədəbi kompozisiyalar təqdim edilib, Özbəkistan Milli Konservatoriyasının solistləri Ümidə Abdurazakova və Erkin Adilov hazırladığı musiqilər təqdim olunub, Q.Paşayevanın şeirləri əsasında bəstələnmiş mahnılar səsləndirilib.

Tədbirdən sonra Milli Məclisin deputatı Əndicanın rəhbərliyi ilə görüşüb, Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, iki ölkə şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Əndicanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib. “Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var”, - deyən Q.Paşayeva iki qardaş ölkənin aydınları, alimləri, elm, mədəniyyət xadimləri, QHT və KİV qurumları arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

“Bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, çünki bu bizim gələcəyimiz üçün çox lazımdır”, - deyə o bildirib.

Qənirə Paşayeva Özbəkistan Yazıçılar İttifaqının Əndican filialının rəhbərliyinə, tədbirdə iştirak edən Əndican rəsmilərinə, tanınmış ziyalılara Azərbaycan mədəniyyətini və tarixini əks etdirən hədiyyələr təqdim edib. Milli Məclisin deputatına Əndican rəhbərliyi tərəfindən Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim olunub.

Q.Paşayeva, eyni zamanda, Əndicanın fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Əndicanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil, ədəbiyyat mərkəzlərini də ziyarət edib.

Qeyd edək ki, Əndican Fərqanə vadisinin qədim şəhərlərindən biridir. Özbəkistanla Qırğızıstan sərhədlərinin cənub-qərb hissəsində yerləşir. Şəhərin bəzi yerlərində eramızdan əvvəl VII-VIII əsrlərə aid arxeoloji tapıntılara rast gəlinir. Tarixən Böyük İpək Yolunda mühüm bir yer tutan Əndican şəhəri ölkənin mühüm sənaye mərkəzlərindən sayılır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO