SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATI PEKİNƏ GEDƏCƏKDİR
Bakı, 22 aprel (AZƏRTAC). Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə aprelin 23-də Pekinə gedəcəkdir.
Milli Məclisdən bildirmişlər ki, Çin tərəfinin dəvəti əsasında baş tutacaq səfər zamanı bu ölkənin Xarici İşlər Nazirliyi və Xalq Diplomatiyası İnstitutunda görüşlər keçiriləcək, dostluq münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaqdır.
Görüşlərdə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadənin Çin Xalq Respublikasının yaradılmasının 60 illiyinə həsr olunmuş “Qlobal iqtisadiyyatda Çinin rolu” adlı kitabı barədə söhbətlər aparılacaqdır.
Səfər aprelin 30-da başa çatacaqdır.