SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATLARI İSLAM KONFRANSI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ VI SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-dan 31-dək Uqandanın Kampala şəhərində İslam Konfransı Təşkilatı Parlament İttifaqının VI sessiyası, həmçinin siyasi və iqtisadi məsələlər üzrə daimi Komitənin iclası keçiriləcəkdir.
Tədbirlərdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə iştirak edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iclaslarda Orta Şərq regionunun kütləvi qırğın silahlarından azad zonaya çevrilməsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, İraqda vəziyyət, terrorizmə qarşı mübarizə, İslam dünyasına münasibətdə Qərbin ikili standartlar siyasətinin nəticələri, Qəzzə zolağındakı əhaliyə yardım göstərilməsi və digər məsələlər ətrafında müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [21:23]
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
- 07.05.2024 [20:30]
Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK
- 07.05.2024 [19:35]
Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]