Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetində Anım Günü qeyd olunub

Bakı, 28 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Anım Günü qeyd edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Anım Günü çərçivəsində MDU-da Mingəçevir Şəhidlər xiyabanına ziyarət, elmi-praktiki konfrans, onlayn mühazirələr və ağacəkmə aksiyası təşkil edilib.

İlk növbədə, Şəhidlər xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad edib və yaxınlarına səbir diləyiblər.

Sonra MDU-da 27 sentyabr - Anım Gününə həsr olunmuş “44 günlük Vətən müharibəsi - tariximizi və taleyimizi dəyişən Zəfər” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda universitetin şəhid məzunlarının ailə üzvləri, akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edib.

Şəhid ailələrini və digər konfrans iştirakçılarını salamlayan rektor Prezidentimizin müvafiq Sərəncamı ilə sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsindən, xalqımız tərəfindən şəhidlərimizin böyük ehtiram və qürurla anılmasından bəhs edib.

Düz bir il bundan əvvəl düşmənin hərbi təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsindən danışan Ş.Bayramov məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, yenilməz Azərbaycan əsgərinin rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində bu haqq savaşının ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin bərpa olunması ilə nəticələndiyini bildirib.

Qələbəmizin rəmzinə çevrilən “Dəmir yumruq” ilə erməni faşizminin başını əzən, düşmən ordusunun belini qıran və yeni tariximizin qəhrəmanlıq salnaməsini yazan igid əsgərlərimiz və zabitlərimizlə qürur duyduğunu deyən rektor torpaqlarımızın hər qarışının azadlığı naminə canından və qanından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Vətən uğrunda yüksək şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin adlarının əbədiləşdirilməsinin ölkəmizdə diqqət mərkəzində saxlanıldığını vurğulayan rektor şəhid ailələri və qazilərimizin dövlət tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib.

Otuz illik yurd həsrətinə son qoyan tarixi zəfər yürüşündə universitetin 4 əməkdaşının, 120-dən çox tələbə və məzununun iştirak etdiyini və 5 məzununun şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran Ş.Bayramov onların tanıdılması, əziz xatirələrinin yaşadılması, adlarının daim uca tutulması və göstərdikləri şücaətləri təbliğ edilməsi istiqamətində MDU-da görülən işlərdən söhbət açıb.

Hazırda qəhrəman vətən övladlarının qanı bahasına erməni vandalizmindən xilas olan əzəli doğma yurdlarımızın sürətlə dirçəldilməsindən bəhs edən rektor bu gün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.

Tədbirdə çıxış edən MDU-nun şəhid məzunu Kənan Abdullayevin anası Azadə Abdullayeva və Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova qəhrəman məzunlarımızla bağlı xatirələrini bölüşüblər və onlarla qürur duyduqlarını bildiriblər.

Müharibə başlayan dövrdən bu günə qədər dövlətin yüksək diqqət və qayğısını daim hiss etdiklərini qeyd edən şəhid ailəsi üzvləri ölkə başçısına təşəkkürlərini çatdırıblar, şəhidlik məqamına yüksəlmiş övladlarının məzunu olduqları universitetdə adlarının uca tutulmasından məmnunluqlarını ifadə ediblər.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “44 günlük Vətən müharibəsindən keçən bir il: siyasi təhlillər və tarixi vəzifələr”, baş müəllim İlham Məmmədov “Qarabağın azadlığı tarixi zərurət və milli şərəf məsələsi kimi”, müəllim Aygün Qədirova “Şəhidliyin Zəfər zirvəsinə ucalan qəhrəmanlar əbədi yaşayacaq!”, müəllim Mirzə Cavadov “44 günlük Vətən müharibəsinin ideoloji, elmi-kütləvi və ictimai-mədəni aspektləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransın işi yekunlaşdıqdan sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib, MDU-nun qəhrəman məzunları üçün yaradılan guşənin qarşısında xatirə şəkilləri çəkilib.

Anım Günü çərçivəsində keçilən tədbirlər proqramı MDU-nun professor-müəllim heyəti üzvləri tərəfindən tələbə və magistrantlar üçün “Şanlı Zəfər tariximizdən keçən bir il: mövcud reallıqlar və tarixi vəzifələr” mövzusunda “Microsoft Teams” platforması üzərindən onlayn mühazirələr təşkil edilməsi ilə sona çatıb.

Qeyd edək ki, tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən, tariximizin faciəvi və şanlı səhifələrinin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb