REGİONLAR
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Bakı, 27 yanvar, AZƏRTAC
2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 9 fevral tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaq.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.
Növbəti “Açıq qapı” günü yanvarın 28-də keçiriləcək.
Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]