MİNİMUM AYLIQ ƏMƏK HAQQININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
Azərbaycan Respublikasında vətəndaşların rifahını yaxşılaşdırmaq, onların pul gəlirlərini artırmaq və aztəminatlı əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1. Minimum aylıq əmək haqqının məbləği 2007-ci il yanvarın 1-dən 40 manat müəyyən edilsin.
2. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 298 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2006-cı il.