İQTİSADİYYAT
Minskdə XVIII Belarus energetika və ekologiya forumu keçiriləcəkdir
Minsk, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 15-dən 18-dək Minskdə XVIII Belarus energetika və ekologiya forumu keçiriləcəkdir.
Forum çərçivəsində XVIII Beynəlxalq ixtisaslaşdırılmış “Energetika. Ekologiya. Energiyə qənaət. Elktro” (EnergyExpo-2013) sərgisi təşkil ediləcəkdir.
1995-ci ildən keçirilən “EnergyExpo” sərgisi energetika, ekologiya, enerjiyə qənaət və elektrotexnika üçün avadanlıqlar, texnologiya və materiallar istehsal edən aparıcı şirkətlərin böyük marağına səbəb olur. MDB məkanında və Baltikyanı ölkələrdə bu mövzuya aid ən iri tədbirlərdən biri olan “EnergyExpo” sərgisində dünyanın 18 ölkəsinin 350-dən çox müəssisə və təşkilatının məhsulları təqdim ediləcəkdir.
Forum çərçivəsində oktyabrın 16-dan 17-dən keçiriləcək XVIII Belarus energetika və ekologiya Konqresinin proqramına plenar iclas, enerjinin uçotunu aparan cihazlar, bərpa olunan enerji mənbələri, generasiya qurğuları, enerjiyə qənaət və yaşayış sektorunda enerjidən səmərəli istifadə mövzusuna aid seminarlar nəzərdə tutulmuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk