Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan milli bayramınız – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji, sülh, sabitlik və Azərbaycan xalqının tərəqqisi naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti gələcəkdə də Azərbaycanın həyatını və baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq.

Səmimiyyətlə və hörmətlə,

 

Radik Batırşin

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin