DÜNYA
Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb
Qahirə, 8 sentyabr, AZƏRTAC
Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb. Virusun daşıyıcısı olan və Avropa ölkələrindən birində müvəqqəti yaşayan misirli xəstəxanaya yerləşdirilib və karantinə alınıb.
AZƏRTAC Misirin Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, meymunçiçəyi virusuna yoluxan 42 yaşlı pasiyent Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə müalicə olunur və onun həyatı üçün təhlükə yoxdur. Nazirliyin rəsmisi bildirib ki, ölkənin hava və dəniz limanlarında, habelə quru sərhədlərində bu təhlükəli virusla bağlı nəzarət və profilaktiki tədbirlər həyata keçirilir.
Misirin səhiyyə naziri Xalid Abdel-Qaffar jurnalistlərə müsahibəsində bildirib ki, meymunçiçəyi virusuna yoluxmuş xəstələrin müalicəsində effektli dərman olan Tekovirimat preparatı alınıb. ABŞ-ın “SIGA Tecnhnologies” əczaçılıq şirkətinin istehsal etdiyi bu preparat Avropa Əczaçılıq Agentliyi tərəfindən təsdiq olunub.
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]