ORDU
MN: Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, düşmən tərəfinin yaydığı bu məlumat həqiqətə uyğun deyil, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır.
Azərbaycan tərəfindən fərqli olaraq, əksinə, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir. O ki qaldı, yaralanan erməni mülki şəxsə, Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.05.2024 [18:35]
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO
- 05.05.2024 [16:32]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 05.05.2024 [12:57]
“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO
- 04.05.2024 [13:23]