Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriudan

Zati-aliləri, hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan üçün bayram ovqatlı bu əlamətdar gündə Sizi, ilk növbədə, dövlətinizin dünya səviyyəsində qazandığı nailiyyətlər və ölkənizdə baş verən müsbət dəyişikliklər münasibətilə təbrik edim.

Sizin ad gününüz təkcə ailəniz üçün deyil, hər bir vətənpərvər azərbaycanlı, hər bir həqiqi dostunuz üçün əlamətdardır. Çünki bu gün biz xəyalən Sizinləyik. Sizə və ailənizə xeyir-bərəkət, möhkəm cansağlığı və rifah, ölkənizə sülh, işğal altındakı ərazilərlə bağlı ədalətin ən qısa müddətdə zəfər çalmasını arzu edirəm. Biz Sizin və Azərbaycanın dostlarıyıq. Biz bu dostluqla fəxr edirik.

Hörmətlə,

Aureliya Qriqoriu

Moldova Respublikasının ombudsmanı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin