MONSERRAT KABALYE BAKIDA KONSERT VERƏCƏKDİR
Zəmanəmizin görkəmli müğənnisinin Bakıya dəvət edilməsi əlamətdar hadisə olmaqdan əlavə, həm də Avropanın mədəni ölkələrindən biri kimi Azərbaycanın nüfuzunun möhkəmləndirilməsi və yüksək akademik sənətinin təbliği məqsədi daşıyır.
M.Kabalye səfər proqramı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gənc və istedadlı vokalçılarımız üçün ustad dərsi də keçəcəkdir.
Müğənni Opera Teatrına göndərdiyi məktubunda bildirir ki, artıq indidən Azərbaycana, xüsusən də onun paytaxtı - Avropanın mədəni mərkəzlərindən biri və dahi musiqiçilərin, müğənni və sənətkarların vətəni olan Bakıya səfərimin xoş intizarı ilə yaşayıram. Bakıda olacağım müddətdə konsert verməklə yanaşı, həm də böyük sevinclə vokal sahəsindəki biliklərimi gənc müğənnilərlə bölüşəcək, onların qarşısında ustad dərsi ilə çıxış edəcəyəm.