SİYASƏT
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri arasında görüş olmuşdur
Moskva, 21 may (AZƏRTAC). Moskvada Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Rusiyanın xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin arasında görüş olmuşdur.
Rusiya XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Rusiyanın xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin mayın 20-də Azərbaycanın xarici işlər nazirinin müavini, Xəzər problemlərinə dair məsləhətləşmələrdə iştirak etmək üçün Moskvada səfərdə olan Xələf Xələfovla görüşmüşdür.
Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin və beynəlxalq siyasətin aktual məsələləri müzakirə edilmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva