MƏDƏNİYYƏT
Moskvada görkəmli Azərbaycan musiqiçisi Müslüm Maqomayevin xatirəsi anılıb
Moskva, 19 avqust (AZƏRTAC). Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) və Müslüm Maqomayev adına Fondun təmsilçiləri görkəmli Azərbaycan musiqiçisi, SSSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini anıblar.
Müslüm Maqomayevin Azərbaycanın Moskvadakı səfirliyi yaxınlığında ucaldılmış abidəsi önünə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, ÜAK və dünya şöhrətli musiqiçinin adını daşıyan Fond adından əklillər və tər çiçəklər düzülüb.
Tədbirdə çıxış edənlər dahi azərbaycanlı ifaçının həyat və yaradıcılığından söz açıb və onunla bağlı xatirələrini bölüşüblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]