Azərbaycan Dövlət İnformasiya Agentliyi

M.Q.Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin