ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsində test imtahanları üzrə növbəti apellyasiya müraciətləri qəbul olunur
Bakı, 21 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif, təsviri incəsənət və musiqi fənləri üzrə keçirilmiş test imtahanlarının apellyasiya müraciətləri qəbul olunur.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]