Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mühacirətşünaslıq: problemlər, vəzifələr

Bakı, 2 mart (AZƏRTAC). Xəbər verildiyi kimi, Akademiyaların Beynəlxalq Assosiasiyasının kitab nəşri üzrə Şurası ötən ilin noyabrında Moskvada ən yaxşı elmi nəşrlər layihəsi üzrə “Elmi kitab” adlı beynəlxalq müsabiqə keçirmişdir. Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı da iştirak etmiş və “İctimai elmlər” nominasiyası üzrə Məryəm Seyidbəylinin “Rusiyada Azərbaycan faktoru: formalaşması və inkişafının xüsusiyyətləri, istiqamətləri” kitabının hazırlanması və nəşrinə görə qalib elan olunmuşdur.

“Elm” nəşriyyatı bir sıra xarici ölkələrin müvafiq nəşriyyatları ilə əməkdaşlıq edir. Ötən il AMEA-nın müxbir üzvü Xəlil Hüseynovun fundamental monoqrafiyası “Nauka” nəşriyyatı ilə birgə nəşr edilmişdir. Akademiyaların Beynəlxalq Assosiasiyasının keçirdiyi elmi konfrans və sərgilərdə “Elm” nəşriyyatı ardıcıl iştirak edir, respublikamızda aparılan elmi tədqiqatların əyaniləşdiyi nəşrləri beynəlxalq miqyasa çıxarmaqda mövcud imkanlardan faydalanır.

Bununla əlaqədar AMEA-nın Rəyasət Heyəti “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından kitabların hazırlanması və nəşri haqqında” qərar qəbul etmişdir. Həmin qərara əsasən Beynəlxalq Redaksiya Heyəti yaradılmış, görüləcək elmi-təşkilatı işlər müəyyənləşdirilmişdir. “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”nın Beynəlxalq Redaksiya Heyətinin baş redaktor müavini, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, “Elm” Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru Şirindil Alışanlı bu məsələ ilə bağlı AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:

-Belə bir qərarın hansı zərurətdən irəli gəldiyi və mahiyyətinin nədən ibarət olduğu barədə bir neçə söz demək istərdim. Çağdaş siyasi, mənəvi institutlarımız öz başlanğıcını mühacirlərimizin yaratdıqları siyasi-mənəvi qurumlardan götürür. Təkcə bizdə yox, Rusiya, Almaniya, Orta Asiya respublikaları, Polşa kimi ölkələrdə də mühacir irsinin yaşarlığını ehtiva edən tarixi-siyasi-mənəvi sərvətlər gündəmə gəlməkdədir. Mühacirətşünaslıq (emiqirantologiya) xüsusi elmi sahə kimi təşəkkül tapmaqdadır və hər bir ölkədə fərdi çalarlar kəsb edir.

Mühacirət irsimiz haqqında xeyli elmi və elmi populyar ədəbiyyat yaranmışdır. Mühacirlərin bir çoxunun əsərləri adda-budda olsa da nəşr edilmişdir. Mətbuatda çox sayda məlumat səpgili yazılar verilmişdir.

XX əsr mühacirət irsi dövriyyədə olmadan həmin yüzilliyin ədəbiyyatı, ictimai-siyasi tarixi haqqında bütöv, elmi obyektivliyə əsaslanan söz demək qeyri-mümkündür. Belə bir problemlə VI cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin XX əsri əhatə edən son cildi üzərindəki gərgin və mürəkkəb işin icrası prosesində üzləşməli olduq. Məhz müasir Azərbaycan humanitar fikrinin həll etməli olduğu problemlərdən biri mühacirət irsinin toplanması, tədqiqi və nəşridir. Siyasi qadağalar aradan götürüldükdən sonra Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı şəxsiyyətləri haqqında xeyli tədqiqat işi aparılmış, elmi və elmi-kütləvi əsərlər nəşr edilmişdir. Mövcud tədqiqatların təcrübəsi dövlət quruculuğunda, onun siyasi və mənəvi institutlarının formalaşmasında, inkişafında böyük əhəmiyyəti olan mühacirət irsinin nəşri və tədqiqinin eklektik səciyyə daşıdığını, mühacirət ədəbiyyatına verilən elmi-nəzəri təhlillərin onun ehtiva etdiyi mündəricədə lazımi tələblərə heç də həmişə tam cavab vermədiyini göstərir.

Mühacirət ədəbiyyatını çağdaş elmi-nəzəri və tekstoloji prinsiplərə əsaslanan meyarlarla toplayıb nəşr etmək və bu əsasda fundamental tədqiqatlar aparmaq gərəkdir.

Eyni zamanda, müxtəlif ölkələrin arxivlərində səpələnmiş irsin toplanmasında hansı problemlər olduğu və bu istiqamətdə hansı təşkilatı işlər görüldüyü xüsusi əhəmiyyət kəsb edir.

Xatırlatdığım qərarda təsdiq edilmiş Beynəlxalq Redaksiya Heyətinə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, akademik Bəkir Nəbiyev, professor Şirməmməd Hüseynov, İzmir Universitetinin professoru Yavuz Akpinar, Martin-Liter Universitetinin türkoloq alimi Volkner Adam, mühacirşünas alim Nikpur Cabbarlı daxildirlər. Şübhəsiz, bu kitabxana seriyasından nəşr olunan kitabların hazırlanmasında indiyə qədər həmin sahədə xidmətləri olan tədqiqatçılar da iştirak edəcəklər. Ötən ilin may ayında Nikpur Cabbarlı ilə birlikdə Ankara, İzmir və İstanbul şəhərlərində olduq, mühacirət irsimizlə bağlı elmi qurumlara, kitabxana və müvafiq kafedralara baş çəkdik, bu irslə bağlı şəxsiyyətlər, onların varisləri ilə görüşdük. “Azərbaycan kültür mərkəzi”ndə dövriyyədə olmayan arxiv materialları və nəşrlər əldə etdik. Mərhum Əhməd Qaracanın evində olduq, oğlunun köməyi ilə onun arxivini araşdırdıq.

Məzarlarının yeri məlum olan mühacirlərimizi ziyarət etdik. Məmməd Sadiq Aran, Hüseyn Baykaranın məzarlarını tapmaq üçün bir neçə gün axtarış apardıq. Məmməd Sadiq Aranın məzarı “İranlılar” qəbiristanlığındadır və uzun axtarışdan sonra qarşıma çıxdı. Bu məzarıstanın ucqar bir yerində baş daşında “Laçın” sözü diqqətimi cəlb etdi. Bura əslində azərbaycanlıların qəbiristanlığıdır. Yüzlərcə məzarın başdaşında “Qarabağ”, “Naxçıvan”, “Gəncə” sözləri həkk olunub, bir çoxunda da “azərbaycanlı” sözü yazılıb.

Buradakı məzarlardan birinin başdaşı üzərində Hüseyn Baykaranın adını görərkən həyəcan məni boğdu və taleyimə minnətdar oldum ki, buradan “əliboş” qayıtmadım. Məmməd Sadiq Aranın məzarı isə “İpək köy” qəbiristanlığındadır, üzərində bu sözlər həkk olunub: “Azerbaycan istiklalçısı, türkçü cephenin yılmaz ateşli mücahidi Mehmet Sadik Aran. Ruhuna fatiha.ö. 28.05.1971”.

Bu irsin müasir elmi əhəmiyyətinə gəldikdə qeyd etməliyəm ki, dediyim kimi, XX əsr Azərbaycan tarixi mühacirət irsindən kənar yarımçıq olar. Müstəqilliyin, müasir siyasi reallığın bizə yaratdığı imkan müqabilində bu irsi elmi, ictimai-siyasi dövriyyəyə gətirmək lazımdır. Burada mədəniyyətin, elmin bütün istiqamətlərində araşdırma üçün zəngin material vardır. Digər tərəfdən, XX əsrin siyasi tarixini, ədəbi-mədəni hadisələrini dəyərləndirməkdə bu irsin nəzəri-metodoloji tutumu diqqətəlayiqdir. Fərqli baxış, fərqli dəyərləndirmə, təhlillərdə daha çox obyektivliyə, Avropa dəyərlərinə əsaslanan meyarlar böyük mübahisələrə səbəb olan XX əsr dəyərlərimizi düzgün şərh etməkdə həm faktik, həm də nəzəri təcrübə kimi misilsiz əhəmiyyətə malikdir.

Mühacirət irsində tarixçilərimiz üçün öyrəniləsi, üzdə olmayan məsələlər vardır. Biz məzarlıqları gəzərkən həkim, hərbçi, dövlət qulluqçusu və s. sahələrdə çalışmış neçə-neçə soydaşımızın qəbrini ziyarət etdik. Azərbaycanı məcburi tərk etmiş yüzlərlə, minlərlə ailənin övladları Türkiyənin iqtisadi, siyasi və mədəni tərəqqisində böyük xidmət göstərmişlər.

-Mühacirət irsinin toplanmasında da çətinliklərin çox olduğunu deyirlər.

-Bəli, ötən hər gün nəyisə itiririk. Dediyim dərgilərin bir çox sayları Türkiyənin kitabxanalarında da qalmayıb. Yavuz bəy bəzilərini kolleksionerlərdən əldə edib. Kitabxanalarda bir çox dərgilər ovulub tökülür. Surətini çıxarmaq xeyli çətinləşib. Nə mümkündürsə, türkiyəli həmkarlarımız kömək edirlər. Professor Cəfəroğlunun “Azadlıq” radiosundakı bütün çıxışlarının mətni vaxtı ilə işlədiyi kafedraya rəhbərlik edən professor Osman Sərtkayadadır. Onunla danışıq aparırıq. Materialı əldə edib bu seriyadan nəşrini həyata keçirəcəyik. Ümumiyyətlə, “Azadlıq” radiosunun arxivində Azərbaycanla bağlı zəngin materiallar mövcuddur. Bu arxivin alınması üçün müəyyən təşəbbüs göstərmişik.

-Türkiyədən başqa digər ölkələrdə də mühacirlərimizin fəaliyyəti ilə əlaqədar müəyyən işlər nəzərdə tutulurmu?

-Almaniya, Polşa, Fransa və Rusiyaya ezamiyyətə gedəcəyik. Redaksiya heyətimizin üzvü Adam Volkner hazırlıq işləri görür. Bizim xahişimizlə Almaniyanın müvafiq kitabxana və arxivləri ilə işləyir. May ayında bu ölkəyə gedərkən konkret ünvanlar üzrə işləyəcəyik.

Bu seriyanın baş redaktoru AMEA-nın prezidenti akademik Mahmud Kərimovdur. M.Kərimov bu layihəni ilk gündən dəstəkləyir, onun tarixi və müasir mənasını yüksək qiymətləndirir. Bu məsələ ilə bağlı faktik materialla yaxından tanış olduqca işin miqyası, məsuliyyəti bir daha bəlli olur. Hər bir vətəndaşımız bu işə yardımçı olmalıdır. Nəhayət, mühacirət irsini öyrənən ayrıca elmi quruma böyük ehtiyac vardır. Nəşr və tədqiqat işləri paralel aparılmalı, tarixçi, ədəbiyyatşünas, etnoqraflardan ibarət araşdırıcılar bu zəngin sərvəti ardıcıl öyrənməlidirlər.

Türk Dil Qurumu “Yurd bilgisi” (37-ci say istisna olmaqla) və “Türk aması” dərgilərini nəşr etmişdir. Bu dərgilər də təsis etdiyimiz seriyadan nəşr olunacaqdır.

Vaxt keçdikcə mühacirət irsimiz çağdaş Türkiyədə öz aktuallığını itirir və onun varisləri də dünyalarını dəyişirlər. Ona görə də bu irsin toplanmasını sonraya saxlamaq həm itkilərə yol verər, həm də mühacirət ədəbiyyatı haqqında bütöv təsəvvür yaratmağa imkan verməz.

İzmir kitabxanasında yeni material az olsa da, ədəbiyyatımızın, ümumiyyətlə türk xalqları ədəbiyyatının fədakar tədqiqatçısı professor Yavuz Akpinarın şəxsi arxivində zəngin materiallar vardır.

Bu seriyanın hansı prinsiplərlə tərtib ediləcəyi də söhbət mövzusudur. Birinci növbədə mühacirət irsimizin çap olunduğu dərgiləri, qəzetlərin faksimilə nəşrlərini həyata keçirəcəyik. Dediyim kimi, “Yurd bilgisi” və “Türk aması” dərgiləri Türk Dil Qurumu tərəfindən 500 nüsxə tirajla nəşr edilib. “Yeni Kafkasiya” (1923-1927), “Azeri Türk” (1928-1930), “Yaşıl Yarpaq” (1928), “Odlu yurt” (1929-1931), “Bildiriş” (1930-1931), “Müsahit” (1955-1960), “Türk Birligi” (1966-1970) adlı qəzet və jurnalları bizim xahişimizlə professor Yavuz Akpinar tərəfindən müqəddimə və nəşrlərlə hazırlanıb, redaksiyaya təhvil verilib. Bir məsələni də qeyd edim ki, mühacirət irsi bütöv halda əldə edilməsə, aparılan tədqiqatlar birtərəfli olar, bu irsin tarixi missiyasının müasir tutumu tam aydın olmaz.

-Oxucular ilk nəşrlə nə vaxt tanış ola bilər?

-Onu deyə bilərəm ki, “Odlu yurt” bu ilin birinci yarısında çapdan çıxacaq. “Yeni Kafqasiya”nın nəşri isə 2012-ci il üçün nəzərdə tutulur.

Xatirə Cəfərova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP31-də bu gün “Dayanıqlı şəhərlər və tikilmiş ətraf mühit” mövzusu müzakirə olunur

İradə Hüseynova: Görkəmli alimlərin fəaliyyətinin təbliği gənclərin elmə marağını artırır

Qobustanda güclü dövlət, sağlam cəmiyyət mövzusunda tədbir

Şerif Foda: Enerji əməkdaşlığı Qafqaz regionunun beynəlxalq bazarlardakı mövqeyini gücləndirə bilər VİDEO

Şerif Foda: Enerji əməkdaşlığı Qafqaz regionunun beynəlxalq bazarlardakı mövqeyini gücləndirə bilər VİDEO

ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

Qazaxıstanda korrupsiyada şübhəli bilinən yüksəkvəzifəli iki məmur saxlanılıb

Nepalda mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb

Valeh Hacıyev: Xaricdə yaşayan azərbaycanlı alimlərin vahid platformalarda birləşdirilməsi mühüm istiqamətlərindəndir

İrqçi terror aktının əsas şübhəlisinin hədəf siyahısı Fransada siyasi narahatlıq yaradıb

® “Trendyol” 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqlayıb

Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb

Elçin Babayev: Elmi tədqiqatla tədrisin uğurlu şəkildə uzlaşdırılması müasir dövrün əsas tələblərindəndir

Süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan yeni metod hazırlanıb

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb

Hirkan meşələri – təbiətin möcüzəsi VİDEO

Hirkan meşələri – təbiətin möcüzəsi VİDEO

Bu il 110-dan çox gənc sahibkara 6 milyon manatdan çox kredit ayrılıb

Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb

Bu saata olan əsas xəbərlər

Dövlət payı 51 faizdən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ağarçin məbədi

Azər Bayramov: Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir

Naxçıvanda parkda donmuş halda tapılan kişinin həyatını xilas etmək mümkün olmayıb

Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun

Əmirulla Məmmədov: Gənclərin texniki və təbiət elmlərinə yönləndirilməsi vacibdir

Fransada harkilərin faciəli taleyi: Beş ailə yaxınlarının məzarlarının taleyi ilə bağlı məhkəməyə müraciət edib

Nazir müavini: Gələn il dövlət büdcəsinin gəlirləri 1,7 faiz çox olacaq

Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur

2027-ci ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat vəsait nəzərdə tutulub

Zəfərdən dövlətçilik zirvəsinə: milli kimliyimizin üç mühüm günü ŞƏRH

BDU-da professor Əmirulla Məmmədovun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb

Himalay Məmişov: 2030-cu ildə cari xərclər tam olaraq qeyri-neft gəlirləri hesabına təmin olunacaq

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

NESR: Müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın quruda yerləşən yataqlarından səmərəli istifadə edilə bilər VİDEO

Qvardiola ABŞ millisinin baş məşqçi postuna əsas hədəfdir

Nazir müavini: Növbəti ilin büdcəsi investisiya yönümlülüdür

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

Qlobal bazarlarda süni intellekt şirkətlərinin səhmlərinə maraq kəskin artıb

COP31 Azərbaycanın beynəlxalq nüfuzunu və Türkiyə ilə strateji müttəfiqliyini bir daha nümayiş etdirir - ŞƏRH

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib

Oktyabrda qlobal miqyasda elektrikli avtomobil satışları 2,09 milyona çatıb

Deputat: Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi təməlini, milli iradəmizin əsasını təşkil edir

AQTA sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb

Qızılın qiyməti 4000 dollar həddindən aşağıdadır

Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş virtual və ənənəvi kitab sərgisi açılıb

Neft qiymətləri son iki ayın minimumuna enib

Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Xankəndidən səslənən Zəfər mesajı Azərbaycanın suveren iradəsinin təntənəsidir - ŞƏRH

“Xilasedici”nin baş məşqçisi: Qarşımızda yeni hədəflər var

İrakli Kobaxidze: Cənubi Qafqaz regionu Avropanı Şərqlə birləşdirən yeganə yoldur

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində hərbi qulluqçu ölüb

Ötən gün 47 cinayətin açılması təmin olunub

Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

Yaxın Şərqdə müharibənin Körfəz ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Cevdet Yılmaz: Azərbaycan-Türkiyə qardaşlığının qarşısında heç bir qüvvə dayana bilməz

Azərbaycanlı alim Səmərqənd Dövlət Universitetində mühazirə oxuyub

Uitkoff və Kuşner danışıqlar aparmaq üçün Moskvaya gəliblər

Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək

Avropa Kuboku: “Gəncə” Türkiyə klubu ilə qarşılaşacaq

Teymur Musayev: Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib

Kommersiya qurumlarının sayı 6,4 faiz artıb

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb

Qətər: Hörmüz boğazında böhranın qlobal iqtisadiyyata təsiri getdikcə ağırlaşır

Xankəndidə payızın rəngləri - şəhərin gündəlik həyatından FOTOREPORTAJ

Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub

GDU-da “Uşaq hüquqları” mövzusunda tədbir təşkil olunub

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

Millətlər Liqası: Türkiyə Belçika ilə qarşılaşır

ADAU-da Konstitusiyanın dövlətçilik tariximizdəki rolu və əhəmiyyəti vurğulanıb

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb VİDEO

Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb, sürücü və sərnişin ölüb

Bu gün Dünya Keyfiyyət Günüdür

“Xilasedici” CEV Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Mütərəqqi dəyərlərə söykənən Azərbaycan Konstitusiyası

Hazırda Bakının hansı yollarında sıxlıq müşahidə edilir?

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib

Bu gün Konstitusiya Günüdür

“Anthropic” bəzi ölkələrdə xidmətlərindən istifadəyə məhdudiyyət qoyub

“Nvidia” səhmləri baş direktorun mümkün istefası xəbəri fonunda 8,6 faiz ucuzlaşıb

ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Kiyev ballistik raketlərlə vurulub

WSJ: Tramp Vensin İranla dialoqu bərpa etmək cəhdlərinə etiraz etməyib

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

Rusiyada hasil edilən nadir mavi almazın bir karatının qiyməti 1 milyon dolları ötə bilər

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib