Azərbaycan Dövlət İnformasiya Agentliyi

Multikultural mühitdə formalaşan Nəsiminin poetik düşüncə tərzi, yaxud böyük şairin “quş dili”

Multikultural mühitdə formalaşan Nəsiminin poetik düşüncə tərzi, yaxud böyük şairin “quş dili”

Bakı, 29 may, AZƏRTAC

Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bununla əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilir, konfranslar təşkil edilir, mütəfəkkir şairin yaradıcılığı barədə məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Laləzar Əlizadənin “Multikultural mühitdə formalaşan Nəsiminin poetik düşüncə tərzi, yaxud şairin “quş dili” sərlövhəli məqaləsini təqdim edir.

Azərbaycanda multikultural mühitin qədim tarixi ədəbi-bədii nümunələrdə də öz əksini tapır. Orta əsrlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid İmadəddin Nəsiminin yaradıcılığı belə bir ədəbi mühitin nümunəsidir. Şair bəşəriyyətin xoşbəxtliyi, dünyanın əmin-amanlığı, insanların bərabərhüquqlu yaşaması uğrunda böyük sənətkar qələmi ilə mübarizə aparıb. Poeziyada “kamil insan” konsepsiyasını irəli sürən sənətkar məhz özünün bu qabaqcıl həyati düşüncələrinə görə dövrünün qaragüruhu tərəfindən təqib olunub, dinsiz, kafir adlandırılaraq edam edilib. Nəsimi millətlər, xalqlar, dinlər, təriqətlər arasında heç bir fərq qoymayıb. Onun üçün “kamil insan” və “cahil adam” vardı. Fəlsəfi görüşləri ilə kamil insan simvoluna çevrilmiş, “böyük ideallar şairi” Nəsimi irsinin XXI əsrdə dünyada baş verən ictimai-siyasi proseslər fonunda yenidən öyrənilməsi və təbliği bu baxımdan aktualdır.

Şərq ədəbiyyatında olduğu kimi, orta əsrlər klassik poeziyamızda da bir dünyagörüşü şəklində formalaşan sufi panteizmi hürufilik örtüyündə alleqoriyanın nəzəri əsasına, Fəzlullah isə bunun simvolik ilahi-mistik obrazına çevrilirdi. Beləliklə, klassik bədii düşüncədə qismən də XV-XVI əsrlər Azərbaycan ədəbiyyatında onu müşahidə edirik ki, əksər hallarda alleqorik fikir, ideya və məntiq daxilində məcazi məna daşıyan surətlər, simvol-rəmzlər bütövlükdə sufi-panteist estetikasının və ruhunun təcəssümü olaraq ortaya çıxıb, uzun müddət təsir və nüfuzunu saxlayıb.

Bu bir faktdır ki, Azərbaycan hürufi ədəbiyyatının zirvəsini İmadəddin Nəsiminin yaradıcılığı təşkil edir. Onun ədəbi düşüncəsində bu cəhət xüsusi mərhələ olmaqla bütövlükdə yaradıcılığının ideya-estetik və poetik sənətkarlıq strukturunu təşkil edir.

Nəsimi yaradıcılığında bir leytmotiv kimi səslənən və onun fəlsəfi-bədii fikir fəzasının proqram prinsipi qismində qəbul oluna bilən “Bu, quş dilidir” ifadəsi elmi tədqiqatlarda bir qayda olaraq “Ezop dili” ilə müqayisə edilib. Biz də yeri düşdükcə bu məsələyə münasibət göstərmişik. Qeyd etmək lazımdır ki, “quş dili” əfsanəvi Süleyman peyğəmbərlə bağlıdır və onun klassik ədəbiyyata Qurani-Kərimdən keçdiyi söylənilir. Müqəddəs kitabımızın 27-ci (Nəml) surəsinin 16-cı ayəsində oxuyuruq: “Süleyman Davuda varis oldu və: “Ey insanlar, bizə quş dili öyrədildi və bizə hər şey verildi. Şübhəsiz, bu apaçıq bir lütfdür” - dedi”.

“Bu, quş dilidir” ifadəsi alleqorik dil anlayışı baxımından son dərəcə maraqlı və səciyyəvidir. “Quş dili” ənənəvi olaraq klassik ədəbiyyatımızda poetik məna yükü daşıyır. Yaxın Şərq ədəbiyyatında mücərrəd, eyhamlı, dərin və üstüörtülü söz, fikir mənalarını özündə cəmləşdirərək işlənib. Nəsimidə “quş dili” hürufilik ideyalarının təbliğində, ictimai-fəlsəfi düşüncənin gerçəkləşməsində önəmli məqam tutub. O, əsərlərində zahiri mənalardan savayı “özgə bir lisanla” səslənən fikirlər, mülahizələr olduğunu yazırdı:

Sən bu Nəsiminin dilini anla, bil sözün

Kim, var bu dildən özgə bizim bir lisanımız.

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz.

Bu quş dəgidir, bunu Süleyman dəxi bilməz.

Şairin digər bir qəzəlində bu dili yalnız Süleymanın bildiyi təsdiq şəklində öz əksini tapır:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

İslam mədəniyyətləri kontekstində yaranmış ədəbiyyatda olduğu kimi, klassik Azərbaycan şeirində də fəlsəfi, ictimai-siyasi görüşlərin gizli, mətnaltı ifadə forması “quş dili” adlandırılıb ki, uyğun olaraq bunu alleqorik dil, məcazlar ilə sinonim şəklində qəbul edə bilərik. Zamanında bir çox mətləbləri açıq dillə söyləməyin mümkünsüzlüyünü şair çox maraqlı poetik interpretasiyalarla çatdırıb. “Quş dili”ni bilən Süleyman peyğəmbərlə bağlı Nəsimidə xeyli nümunələr var:

Ey badi-səba, var xəbəri yarə ilət kim,

Hüdhüd dilidir, bunu Süleyman dəxi bilməz.

Zülfünə başın top edibən qoydu Nəsimi,

Zülfün sözünü dünyada çövkən dəxi bilməz.

Səba məlaikəsi Bilqeyislə Süleyman peyğəmbər arasında elçi vəzifəsini yerinə yetirən hüdhüd quşunun dilini heç Süleyman da bilməz, deməklə Nəsimi çox uğurlu poetik fikir yaradıb. Çövkən oyunu mürəkkəb olduğundan bundan hər kəs baş çıxara bilmədiyi kimi, Nəsiminin gizli işarəli dilini başa düşməyə bəzi hallarda, hətta Süleyman peyğəmbər qadir deyil. Ona görə də yarına sözünü yalnız badi-səba ilə çatdırır. Bu “quş dili”ni isə hər kəsin bilməyi lazım deyil:

Nəsimiyəm ki, hər şeyu külli-mühit oldum,

Həm bilənə həll oldum, bilməzə müşkilatəm.

“Həllali-müşkülat” (çətinlikləri həll edən) Allahın epitetlərindən biridir. Bu müşküllərdən baş çıxarmaq üçün isə onların ana kitablarını (ümmül-kitab) oxuyub, Fəzlin elminin qapılarını (fəthibab) açmaq mümkündür:

Oxu bulardan, bəri gəl, quş dilin,

Həll edəsən ta ki, nəfsin müşkilin.

Bunlara derlər, şəha, ümmülkitab,

Felü əşyaya bulardır fəthi-bab.

Hürufilərin mürşidi olan və ilahi dərəcəyə yüksəldilən Fəzlullahın elminin “quş dili” ilə ifadə edilməsi və bu dilin tərcüməyə gəlməməsi onun rəmzlərdən yaranması ilə izah edilirdi. Bu barədə mərhum alimimiz Məmmədəli Əsgərovun Nəsiminin “İraq divanı”ndakı şərh və izahlarından bəzi məqamları diqqətə çəkməyi münasib bildik.

Bu dilin anlaşılmasının mümkünlüyü haqqında fikrini əsaslandırmaq üçün şair Əttarın “Məntiqüt-teyr” (“Quşların dili”) əsərinə işarə ilə belə deyir:

Xəttü xalın “Məntiqüt-teyr” oldu əhli-vəhdətin,

Quş dilin sən tərcüman etmək dilərsən, etməgil.

“Məntiqüt-teyr” (quş dili) ifadəsi də özlüyündə Nəsiminin alleqorik - gizli dilinə uyğun bir məcazi deyimdir.

Nəsimi yaradıcılığı, bir hürufi şair kimi başdan-başa Qurani-Kərimin surələri, ayələri, ayrı-ayrı ifadələri üzərində şifrələnmiş fəlsəfi poeziyadır. Bu poeziyanın başlıca ifadəsi digər klassiklərimizdə də olduğu kimi, “Bismillahir-rəhmanir-rəhim” (Allahın adı ilə başlayıram), Allah rəhmlilərin (şəfqətlilərin) rəhmlisidir (acıyanıdır, rəhm edənindir) - fikrində öz əksini tapır. Qurani-Kərimin 114 ayəsinin 113-ü bu sözlərlə başlanır. İlk surə (Fatihə) də həmin təyin-epitetlə Allaha ünvanlanıb. Bu surənin iki dəfə nazil olunduğu məlumdur. Qurani-Kərim isə həmin (Fatihə) surə ilə açılır. 28 sözdən ibarət Fatihə surəsi insanın üzündə nəqş olunmuş cizgilərin ümumi sayına bərabər olduğundan, hürufilərin fikrincə, rəqəmlə hərflərin mənaca bir-birini tamamlaması insanda Allah surətinin təcəssümünə işarədir. Nəsimi şeirinə diqqət yetirək:

Yüzünə əhli-nəzər surəti-rəhman dedilər,

Oxuyanlar bu kəlamüllahı Quran dedilər.

Nəsimidə çox işlək olan belə poetik ünvanlar, əslində, dolayısı yolla onun yaradanla insan arasında ülfət və ünsiyyətinin, xaliqin öz xilqətinə məhəbbətinin təsdiqinin ifadəsi üçün gözəl örnəklərdir.

Qaynaqları qədim Şərq fəlsəfəsinə, kabalistikaya gedib çıxan rəqəmlər haqqında təlimdən doğan rümuzat Nəsimidə poetik təsvirlərin, demək olar, cövhəridir. Allahın birliyindən və buradakı hərf elementlərindən başlayaraq rəqəm və hərflərin simvolikasından, bunların istilah və sufi terminologiyasındakı mətnaltı mənalarından yaranmış şərti-metaforik fiqurlar öz dərin fəlsəfəsi ilə diqqəti çəkir. O da maraq doğurur ki, elə həmin bu gizli, müşkül dilin təşbeh, mübaliğə, istiarələrində şairin dünya, yaradılış, həyat, ölüm, eşq və gözəllik haqqında fəlsəfi mülahizələri dolaşır. Dünya, dəyişən insanlar, bir-birini əvəzləyən cəmiyyətlər haqqında sufi-mistiklərin ayinlərində, o cümlədən “sima”, “dövran”, sufi təkyələrində dolaşan camın mey piyalələrinin, bunları paylayan saqilərin, dərvişlərin timsalında ariflərin “quş dili” ilə söhbəti gedir. Bu ayinlərlə bağlı zikr, rəqs, içki də bədii ədəbiyyatda kodlaşmış, şərti söz və ifadələrlə təcəssüm tapır. Bununla əlaqədar “quş dili”ndəki rəmzlərindən biri ilə bağlı “Məst” rədifli şeirinə müraciət edək. Rədif qafiyə olan “məst” sözü (bu mətn daxilində) Nəsimi poeziyasında əsasən poetik fiqur olaraq mahiyyəti, məna çalarları, estetik səciyyəsi ilə fəlsəfi-mistik dünyagörüşünün ifadəçisidir. İlahi mey, onun gətirdiyi vəcd, bunların vasitəsilə doğan ilahi məhəbbət başdan-başa alleqoriyanın obrazlı deyimləri ilə məcaz örtüyündə təcəssüm tapır. Qəzəldə məcazi örtük, sırf alleqorik düşüncə tərzi hürufi fəlsəfəsindən doğan ruhi-emosional tərənnüm duyulur. Şairin yaratdığı bədii lövhə nəticə olaraq “vəhdəti-vücud”u təbliğ edir. Musiqi alətlərinin özəl keyfiyyətlərindən söz açılması isə təsadüfi deyil. Məlum olduğu kimi, sufi təkyələrində, irfan məclislərində ifa olunan musiqi, rəqs, bunları ərsəyə gətirən çalğı alətləri özlüyündə ilahi vəcd, yaradana qovuşmaq arzu və ehtiraslarının gerçəkləşməsinə bir vasitə idi. Qəzəldə rədif - qafiyə qismində işlənən “məst” özü də gizli, dolayı mənada Allaha qovuşmaqdan ötrü kamil insanın yetişə biləcəyi huşyarlıq məqamı kimi qəbul edilir:

Çün məni bəzmi əzəldən eylədi ol yar məst,

Ol cəhətdən görünür bu çeşmimə dəyyar məst.

Çəngü dəf həm udu ney sərməst olub əfqan edər,

Bu xərabatın içində söyləyən güftar məst.

Poeziya aləmində konkret məna daşımayan və fərqli qaynaqlarda fərqli yozumlara malik olan sufi simvolikasından orta əsr sənətkarlarının müxtəlif səviyyədə yararlanmaları bəllidir. Daha çox təsəvvüf ideya-estetik modelinin görüntüsü olan simvol-rəmzlər, şifrəli-şərti poetik fiqurlar sufi-mistik ideya və mövzuların daşıyıcısı sayılırdı.

Elə sənətkarlar olub ki, onlarda sufi simvolikası və ümumən alleqoriya, ilk növbədə, bədiilik, estetik zövq aşılamağa xidmət göstərib. Elə bizim araşdırmamız üçün də bu, aparıcı xətdir. Qeyd edək ki, sözügedən əsərdə, hətta bir müəllifin eyni əsərində də bu iki cəhət, eyni vaxtda özünü göstərə bilir. Belə surət, şam, mey, ney, cam, bəqa, fəna və s. kimi sufi-mistik mənalı alleqorik poetik fiqur “quş dili” ilə pərdələnmiş fikirlərin, eləcə də obrazlı dil olaraq təşbeh, təzad və s. vasitəsilə bədii lövhə, lirik qəhrəman, xarakter, süjet və əhvalatın təsvirini verə bilir. Belə fikir müxtəlifliyi ilə bağlı məsələlərə tədqiqatçılar yeri düşdükcə müvafiq olaraq müxtəlif şəkildə münasibət bildiriblər.

Nəsiminin bəşəri məna daşıyan şeirlərində, daha çox insanın ruhi-mənəvi ehtiyacları, həyatdan umduqları, rahat, xoşbəxt ömür diləkləri tərənnüm olunur. Təbiət lirikasında isə alleqoriyanın bədii inikas, rəmz, eyham kimi estetik təsvir vasitəsi qismində özünü büruzə verdiyini müşahidə edirik.

Ləblərin şirin dəhanından əgərçi rəmz ilə

Açar əsrarı, və leykən sirri-pünhan gizlidir.

Qane oldu dərd ilə səndən Nəsimi, ey nigar,

Şol səbəbdən kim, sənin dərdinə dərman gizlidir.

İnsan qəlbinin ruhi-emosional çırpıntıları, arzu və diləkləri poetik sözün məhz gizli qatından cilvələnir. Əlbəttə ki, bütün bunları bəsirət və məhəbbət dünyasından xəbərdar olanlar görüb dəyər verə bilər.

Yuxarıda dediklərimizi yekunlaşdırası olsaq, belə nəticəyə gələ bilərik ki, sufi mistikasından doğan alleqoriya və onun simvolik obrazları çoxşaxəli bədii inikasa malikdir. Bunlar yeri gəldikcə estetik düşüncənin və ictimai, həyati görüşlərin, beləliklə, bəşəri problemlərin tərcümanına çevrilir. “Pərdə”nin musiqi termini qismində işlənməsinə dair istər lirik-psixoloji, istərsə də ruhani mistik ovqatda (bədii inikasına) köklənmiş ayrıca, tək bir beyt və yaxud qəzəllərdə tez-tez rast gəlirik. Hərdən “pərdə”nin özü də başqa sözlə əvəzlənir - məna isə “pərdə”yə yenə uyğundur:

Pərdə içində çalındı bir saz,

Ki, edir, eşq nəğməsin ağaz.

Bu nəvayi necə qılır “Üşşaq”

Ki “Büzürg” nəğməsi tutar “Şəhnaz”.

Arif anlar, bu zəxmənin rəmzin,

Aşina olmayanə verməyə raz.

İstər isən bu rəmzi, ey talib,

Mən bu pünhanı qılmazam ibraz.

Baxdığımız poetik parçalarda həm musiqi termini, həm də qeybdən, sirlər aləmindən səslənən eşq nəğməsindən söhbət gedir. Muğam adlarına və ümumən musiqi anlayışına alleqorik vasitə kimi istinad olunur. Nəğmənin özü də bir söz vahidi olaraq “Rəmz” adlandırılır. Gizlini ibraz etmək (aşkara çıxarmaq) isə batini ilə zahirini qarşı-qarşıya qoymaq deməkdir. İlahi, ruhani nəğmə də eşqin özü tək gizli, pərdədə qalmalıdır. Bu, fəlsəfənin rəmzlərlə ifadəsi, məlumla məchulun, sufi-mistik ideyanın, hürufi şairin bədii dil təcəssümüdür. Belə sirlərin kəşfi isə yalnız seçilmişlərə (yəni Nəsimilərə) müyəssərdir:

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün

Xəlqə faş etmə bu sirri, kəşfi-əsrar istəmə.

“Sirr”in özü də məcazi baxımdan “sirdir”, “pünhan”, “gizli”, “qaibanə”, “qeybdə olan” belə silsilə sinonim sözlərin məcmusunda məcazın mətnaltı mənaları cilvələnir. Nəsiminin bunların hansına üstünlük verməsi, yaxud hansı birinə daha artıq bağlandığı bəzən bütöv qəzəlin məzmunu və ruhu ilə müəyyənləşir, bəzən isə əlahiddə götürülmüş beytdə öz izahını tapır.

Şairin lirik qəhrəmanı özü ilə həsbi-hal edir, “könlün”ə müraciətlə onu özünə yar olmağa səsləyir. Bivəfa dünyada insana yar ola biləcək dildar, vəfadar, munis insanın elə öz qəlbi, öz könlü ola bilər. Dünyanın tikanlı bağından gülzar istəməyi əbəs bilən şair bu fikri obrazlı şəkildə təsvir edərkən alicənablığı, istedad, ləyaqət və gözəl əxlaqı hünərə, bilik və qızıl pula bərabər tutur, saxtakardan qızılın dəyərini soruşmamağı tövsiyə edir. Dünyaya inanmamağı, etibar etməməyi lazım bilir. Şeytana uyub cin xilqətlilikdən uzaqlaşmağı, ürəyi düz olan, həqiqət arayanları özünə dost bilməyi məsləhət görür. Qapağan it kimi cəmdəyə, cəsədə həvəs göstərib murdarlanmamağa çağırır:

Dünyanın sevgisi ağır yük imiş məndən eşit,

Nəfsinə yük etmə anı, ey səbükbar, istəmə.

İstəyən murdarı kərkəsidir müdam, ey türfə quş,

Xızırtək şəhbazi ol, murdarə murdar istəmə.

İnsanı ali, layiq olduğu dərəcədə görmək istəyən şair yenə də alleqoriyaya müraciət edir, yerdə sürünən, murdar qapağan it dərəcəsində olan adamın müqabilində Xızıra bənzər tərlan quş-qoçaq, iradəli, alicənab insan xisləti arzulayır. Lakin zəmanəsində beləsini tapmaq mümkün olmadığından, bir sirr olaraq arzusunu sirr kimi də saxlamağı, məhrəm tapa bilməyəcəyindən xalqa öz kəşfini bəyan eləməməyi məsləhət bilir. Bütövlükdə ictimai ruh, tənqidi münasibət ifadə edən bu qəzəldən gördük ki, sufi-panteist ideologiyası və ideyaları hürufi təlimi ilə silahlanmış Nəsimi yaradıcılığındakı alleqoriya ilə belə uyğunlaşır: alleqoriyanın “quş dili” timsalında mətləbləri gizli ifadə edir, bütöv bir ədəbi çevrədə fenomenə, hadisəyə çevrilir. Bu fenomenin eşq, gözəllik, bəqa və fəna anlayışları ilə bağlı tipik nümunələr əsasında qənaətlərimizi ortaya çəkməklə Nəsimi poeziyasında mistik alleqoriya, yaxud alleqoriyanın mistik mahiyyətini araşdırmağa çalışacağıq. Fəlsəfi-irfani şeirlərdə Fəzlullah Nəimi və Cəlaləddin Ruminin ideya estetik görüşləri ilə səsləşən poetik nümunələr və burada işlədilən rəmzlərin, istilah və ifadələrin əsasında Nəsiminin alleqoriyadan bəhrələnməsi və yaxud alleqoriyanın Nəsimi şeirində möhtəşəm fəlsəfi estetik inikas, təsvir imkanları, üslubi konstruksiya və kompozisiya sisteminə malik olduğu bəllidir. Digər sufi şairləri kimi Nəsimi də ənənəvi mistik təriqət obrazlarının, kod və şifrələrin əlavə təfsirlərinin olduğunu aşağıdakı kimi bəyan edir:

Sən bu Nəsiminin dilini anla, bil sözün

Kim, var bu dildən özgə bizim bir lisanımız.

Mütəfəkkir sənətkar özü bizə nişan verir ki, onun şeirində zahiri, üzdə görünən mənadan savayı rəmzi, gizli, üstüörtülü mənalar var ki, onları aydınlaşdırmadan əsl mətləbi tutmaq mümkün deyil. Bunlar isə çox rəngarəng bədii vasitələrlə, müxtəlif məxəz və mənbələrdən alınmış, yaxud dini-tarixi hadisələrə dayanan kəlam, aforizm və s. timsalında üzə çıxır.

Nəsimi həqiqi bir istedad sahibi kimi hürufizmin dar çərçivəsinə sığmır, öz şeiri ilə əsl humanist filosof olduğunu sübuta yetirir. Hürufilərin hərf, rəqəm təliminə uyğun ən çox istifadə olunmuş söz və ifadələrin alleqorik forma və məzmun təhlili, yaxud yozumu üçün Nəsimi yaradıcılığında səciyyəvi nümunələr çoxdur. Bəzən rəqəmin, hərfin, bədii fiqurun mənası mətn daxilində aydınlaşır, bəzənsə ilk baxışda sadə, aydın görünən mənanın özü bir obraz, şərti xarakter daşıyır, əsl mahiyyət isə pərdə - məcazi örtük arxasından cilvələnir. Hər şey abstrakt təfəkkür, düşüncə və ilahi, ruhi-mənəvi duyumun söz görüntüsündə gerçəkləşdirilir. Şairin özünün də qənaəti belədir ki, sözdən dərin mənalı heç bir şey yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr