MƏDƏNİYYƏT
Musiqi festivalının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri və ittifaqın 80 illik yubileyi münasibətilə keçiriləcək musiqi festivalının iştirakçıları noyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Festival iştirakçıları və qonaqlar Azərbaycanın görkəmli musiqi xadimlərinin məzarlarını da ziyarət ediblər.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər qoyublar.