MƏDƏNİYYƏT
Musiqi məktəbində “Xocalı qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya hazırlanıb
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Xocalı - qan yaddaşımız” adlı ədəbi-bədii kompozisiya hazırlanıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə qanlı fevral gecəsində yerli əhalinin başına gətirilən müsibətlərdən, erməni vandalizminin dəhşətlərindən söhbət açılıb. Bildirilib ki, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Qeyd olunub ki, erməni millətçilərinin törətdiyi bu vəhşilik və vandalizm aktı bəşəriyyətin genosid kimi tanıdığı Holokost, Xatın faciələri ilə eyni səviyyədə qiymətləndirilir.
Sonra tədbir uşaqların hazırladıqları kompozisiyanın nümayiş ilə davam edib.