ELM VƏ TƏHSİL
Muzey: “Erməni vandalizminin iç üzü” fotosərgisinə ekskursiya təşkil edilib
Bakı, 25 fevral, AZƏRTAC
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Sahibə Ələkbərova rəhbərlik etdiyi “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun yeni üzvləri üçün “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgiyə ekskursiya təşkil edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, ekskursiya “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində keçirilib. Bakı şəhəri, Nəsimi rayonunda təşkil olunan fotosərgi 2013-cü ildə Qarabağ qazisi Əlövsət Qasımov tərəfindən yaradılıb.
Ə.Qasımov gənc muzeyşünaslarda fotosərgidə nümayiş olunan şəhid fotoları haqqında məlumat verib. S.Ələkbərova fotosərginin gənc nəslin vətənpərvərlik ruhda tərbiyə edilməsində mühüm rolunu vurğulayıb.