ELM VƏ TƏHSİL
Muzeyin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsi yenidən qurulur
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycan Səfəvilər dövləti” bölməsinin yenidən qurulması üzrə işlər başlanıb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, burada Səfəvilər sülaləsinin etnik mənşəyi, dövlətin yaranması, I Şah İsmayılın şəxsiyyəti və dövlət quruculuğu işləri, Səfəvilər dövlətinin inzibati quruluşu, iqtisadiyyatı, mədəniyyəti, silahlı qüvvələri, xarici siyasəti haqqında məlumat panelləri, müvafiq tarixi eksponatlar, eləcə də rəsm əsərləri qoyulacaq.
Bölmənin qurulması ilə bağlı işlər dekabrın 20-dək başa çatacaq.