İQTİSADİYYAT
“Naftalan” EŞ Müəssisəsinin texniki istismar səviyyəsi yüksəlmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). Cari ilin son üç ayında həyata keçirilən təmir-bərpa işləri nəticəsində Naftalan” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsinin texniki istismar səviyyəsi yüksəlmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, müəssisədə ilkin ödənişli kartlar vasitəsilə elektrik enerjisindən istifadəyə görə müasir ödəmə sistemi tətbiq olunmuşdur. Sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında bu sistemin əhəmiyyətli rolu vardır.
İlin əvvəlindən bəri müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 6 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmiş və 21,5 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 1,2 min manatdan artıq istehlak dəyəri bərpa olunmuşdur.