SİYASƏT
NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ DAVAM EDİR
Bakı, 21 oktyabr (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirmişlər ki, bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Bu günədək 1075 bələdiyyə üzrə 7126 nəfərin namizədliyi təsdiq edilmişdir. Həmin şəxslərdən 1076 nəfəri qadındır. Namizədliyi təsdiqlənən şəxslərin 2886-sı ali təhsillidir.
Doqquz siyasi partiya builki seçkilərdə bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşdür. Namizədliyi təsdiqlənmiş şəxslərdən 5828 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlamışdır. Artıq həmin şəxslərdən 73 nəfəri namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişdir.