ELM VƏ TƏHSİL
Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş fizika müsabiqəsinin ikinci mərhələsi keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
Fizika fənni üzrə 8-9-cu siniflər arasında müsabiqənin II mərhələsi keçirilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil olunub. Birinci mərhələnin nəticələrinə əsasən 40 və daha yüksək bal toplayan şagirdlər növbəti mərhələdə iştirak ediblər.
Xatırladaq ki, onlayn formatda keçirilən müsabiqənin birinci mərhələsində 2040 şagird iştirak etmişdi.
Müsabiqə uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilib. Müsabiqə fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə bilikləri yüksək olan şagirdlərin həvəsləndirilməsi məqsədilə həyata keçirilir.