REGİONLAR
Naxçıvan Beynəlxalq Hava Limanı ötən ay 22 mindən çox sərnişinə xidmət göstərib
Naxçıvan, 9 iyun, AZƏRTAC
Naxçıvan Beynəlxalq Hava Limanında aparılan yenidənqurma işləri sərnişinlərin rahatlığına və qeydiyyat-nəzarət sisteminin daha çevik təşkilinə imkan verir. Bu da muxtar respublikada hava nəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olub.
Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, may ayında yerli hava xətti ilə 21 min 701 sərnişin, 319 min 82 kiloqram baqaj, 28 min 316 kiloqram yük və 3192 kiloqram poçt daşınması həyata keçirilib. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 315 sərnişin, 2568 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 322 sərnişin və 3659 kiloqram baqaj daşınıb.