İQTİSADİYYAT
Naxçıvan Muxtar Respublikasında beş ayda 783 milyon 975 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur
Naxçıvan, 18 iyun (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun (ÜDM) həcmi artmaqda davam edir.
2014-cü ilin yanvar-may aylarında iqtisadi inkişafın əsas göstəricisi kimi 783 milyon 975 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə 2,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ÜDM-in sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Muxtar respublika üzrə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə 2,3 faiz artaraq 1797,3 manata (2291,6 ABŞ dolları) çatmışdır.