İQTİSADİYYAT
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı artmışdır
Naxçıvan, 22 oktyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında (MR) müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələrinin yaradılmasının və azad rəqabət mühitinin inkişaf etdirilməsinin nəticəsidir ki, 2013-cü ilin yanvar-sentyabr aylarında 702 milyon 164 min manat həcmində sənaye məhsulu istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artım qeydə alınmışdır.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 47 milyon 826 min manatlıq, qeyri-dövlət sektorunda isə 654 milyon 338 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 93,2 faizi özəl sektorun payına düşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]