Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏRİN VƏ DƏYİŞİKLİKLƏRİN TƏSDİQ EDILMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 1, maddələr 11, 12; Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli 884-IIKQD nömrəli və 21 oktyabr tarixli 1034-IIKQD nömrəli Konstitusiya qanunları) aşağıdakı əlavələr və dəyişikliklər təsdiq edilsin:

1. 5-ci maddənin II hissəsinə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin və 10-19-cu bəndlər müvafiq olaraq 11-20-ci bəndlər hesab edilsin:

"10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;".

2. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin və 3-9-cu bəndlər müvafiq olaraq 4-10-cu bəndlər hesab edilsin:

"3) Naxçıvan Muxtar Respuklikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu;".

3. 25-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin və 7-8-ci bəndlər müvafiq olaraq 8-9-cu bəndər hesab edilsin:

"7) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;".

II. Bu Konstitusiya Qanunu imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin