NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏRİN VƏ DƏYİŞİKLİKLƏRİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №1, maddələr 11-12; Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli 884-IIKQD nömrəli Konstitusiya Qanunu; 2005-ci il, №10, maddə 906; 2006-cı il, №1, maddə 1) aşağıdakı əlavələr və dəyişikliklər təsdiq edilsin:
1. 5-ci maddənin II hissəsinə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin və 10-19-cu bəndlər müvafiq olaraq 11-20-ci bəndlər hesab edilsin:
“10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;”.
2. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin və 3-9-cu bəndlər müvafiq olaraq 4-10-cu bəndlər hesab edilsin:
“3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu;”.
3. 25-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin və 7-8-ci bəndlər müvafiq olaraq 8-9-cu bəndlər hesab edilsin:
”7) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;”.
II. Bu Konstitusiya Qanunu imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il.