Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın, Azərbaycanda akkreditə olunmuş Aİ ölkələrinin diplomatik missiyalarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə “Avropa günləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli mətbuat konfransında çıxış edərək Azərbaycanın multikultural dəyərlərə malik, mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi əhəmiyyət verən demokratik respublika olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu dəyərləri özündə təcəssüm etdirməklə yanaşı, həm də bəşəriyyətin ikinci atası hesab olunan Nuh Peyğəmbərin vətənidir. Aparılan araşdırmalar Naxçıvanda ilkin şəhər mədəniyyətinin 5 min illik tarixə sahib olduğunu göstərir.

“Şərqlə Qərbin birləşdiyi Böyük İpək Yolu üzərində yerləşən, bir çox mənbələrdə “Şərqin qapısı” adlandırılan Naxçıvan diyarı tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu region kimi tanınıb, özündə həmin mədəniyyətlərin harmoniyasını əks etdirərək multikultural ənənələrinə görə diqqəti cəlb edib”, - deyən Vüsal Ələkbərli diqqətə çatdırıb ki, tarixin bütün dövrlərində olduğu kimi, bu gün də qədim diyarda Nuh Peyğəmbərin bütün bəşəriyyəti birləşdirən vəhdət fəlsəfəsi öz canlılığını qoruyur və tolerantlıq baxımından müstəsna nümunə təşkil edir. Bu nümunənin mühafizəsi və yaşadılması, o cümlədən irqi ayrı-seçkilik, terror, ksenofobiya və dini dözümsüzlüyün yayıldığı müasir dünyaya təqdim olunması muxtar respublikada xüsusi diqqət göstərilən məsələlərdəndir.

Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun uğurlu rəhbərliyi nəticəsində muxtar respublika sürətlə inkişaf edir və müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən məkan kimi tanınır. Həmin tədbirlərin sonuncusu bu il iyunun 20-də keçirilib. Belə ki, bu tarixdə Naxçıvanda İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə əlaqədar möhtəşəm açılış mərasimi təşkil olunub. Eləcə də bu çərçivədə il ərzində müxtəlif tədbirlər keçirilib.

Diqqətə çatdırılıb ki, sentyabrın 21-dən etibarən isə Naxçıvan şəhərinin Azərbaycanın Gənclər Paytaxtı seçilməsi münasibəti ilə muxtar respublika paytaxtı “Avropa günləri” adlı daha bir təqdirəlayiq tədbirə ev sahibliyi edir. Tədbir çərçivəsində müxtəlif Qərb ölkələrini təmsil edən nümayəndələr - Aİ-nin rəsmiləri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri və digər qonaqlar Naxçıvan şəhərinin zəngin mədəniyyəti ilə yaxından tanış olacaqlar. Sentyabrın 22-də bir sıra orta ümumtəhsil məktəblərində və universitetlərdə tanışlıq xarakterli təqdimatlar reallaşdırılıb, sentyabrın 23-də isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi keçiriləcək. Burada Azərbaycana, eləcə də Avropa ölkələrinə aid sərgilər, uşaqlar üçün intellektual və əyləncəli proqramlar, rəqslər, axşam isə açıq hava altında konsert proqramı təşkil olunacaq. Tədbir Naxçıvanın mədəni həyatında xoş xatirə kimi qalacaq, yerli sakinlər Aİ-ni təşkil edən ayrı-ayrı dövlətlərin mədəniyyəti və tarixi haqqında yeni məlumatlar əldə edəcəklər.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ittifaqın nümayəndəliyi və Aİ-yə üzv olan ölkələrin Azərbaycandakı səfirləri adından Naxçıvanda “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib. O deyib ki, ilk dəfədir Aİ Naxçıvanda belə bir geniş miqyasda tədbir keçirir. Üç gün davam edən tədbirdə Aİ tərəfindən 60 nəfər iştirak edir. Onlar içərisində Aİ-yə üzv ölkələrin 17 səfirliyinin nümayəndələri də var. Onlardan 2-si qeyri-rezident kimi fəaliyyət göstərir.

Bu il Azərbaycanda Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinin qeyd olunduğunu, sentyabrın 21-də Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda iştirak etdiklərini diqqətə çatdıran Kestutis Yankauskas bildirib ki, bu gün Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq, həmçinin qarşılıqlı etimad və münasibətlər inkişaf edir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, eyni zamanda, ittifaqa üzv olan ölkələrin şirkətləri Azərbaycanın həm neft, həm də qeyri-neft sektoruna böyük həcmdə sərmayə yatırıblar. Azərbaycanda fəaliyyət göstərən həmin şirkətlərin sayı ötən il 300 olmuşdusa, artıq bu il onların sayı 385-ə çatıb. Aİ-dən olan bir sıra şirkət Naxçıvanda da fəaliyyət göstərir, onlar enerji sektoruna, o cümlədən bərpa olunan mənbələrdən alınan enerji sahəsinə, həmçinin kənd təsərrüfatı sahəsinə sərmayə yatırıblar.

“Biz iki gün ərzində Naxçıvan şəhərinin bir sıra ümumtəhsil məktəblərində, universitetlərində olacağıq, gənclərlə görüşlər keçirəcəyik. Gənclərlə görüşlərimiz tam yerinə düşür. Çünki Naxçıvan digər statuslarla yanaşı, bu il həm də Azərbaycanın Gənclər Paytaxtı seçilib”, - deyən Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təhsilin prioritet məsələlərdən olduğunu vurğulayıb. Gənc nəslin inkişafı naminə onların təhsilinə yönəldilən vəsait və həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir. Bu gün Aİ Azərbaycan ali təhsil müəssisələri arasında “Erasmus+” proqramını, tələbə və müəllim heyəti üçün mübadilə proqramlarını həyata keçirir. Bununla bərabər insanlar arasında münasibətlərin qurulması, ünsiyyətin daha da dərinləşməsi Aİ-Azərbaycan tərəfdaşlığını və münasibətlərini daha da inkişaf etdirəcək.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sentyabrın 23-də Naxçıvanqalada keçiriləcək “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimində Gənclər Paytaxtı olan Naxçıvanın gənclərinin fəal iştirak edəcəklərinə əminliyini bildirib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Naxçıvanda “Avropa günləri” çərçivəsində keçirilən tədbirlərə qatılacaq avropalı səfirlər muxtar respublikanın müasir görkəmini və inkişafını yüksək dəyərləndirib, iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, meliorasiya, turizm və bir çox istiqamətlərdə muxtar respublika ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıblar.

Bildirilib ki, avropalı diplomatları Naxçıvanda daha çox özünə cəlb edən səliqə-sahman, təmizlik və qonaqpərvərlik olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar