Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Gənclər Fondunun yaradılmasının 5 illiyi tamam olur

Naxçıvanda Gənclər Fondunun yaradılmasının 5 illiyi tamam olur

Naxçıvan, 29 mart, AZƏRTAC

Dövlət gənclər siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 29 mart tarixli fərmanı ilə muxtar respublikada Gənclər Fondu yaradılıb, 2014-cü ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilib, fondun fəaliyyəti təmin olunub.

Gənclər Fondu ötən 5 ildə fəaliyyətini muxtar respublikada tələbə-gənclərlə iş, onların asudə vaxtının səmərəli təşkil edilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərlə bağlı layihələrin reallaşdırılması, gənclər arasında müsabiqələrin, intellektual oyunların təşkil olunması, fəal gənclərlə görüşlərin keçirilməsi və digər istiqamətlərdə qurub.

Muxtar respublika əhalisinin böyük bir hissəsini təşkil edən gənclərin əsas qismi ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbə-gənclərdən ibarətdir. Bu amil nəzərə alınaraq tələbələrlə iş Gənclər Fondunun keçirdiyi bütün layihə və tədbirlərdə əsas götürülüb, tələbələr arasında müxtəlif idman yarışları, mədəni tədbirlər, bilik yarışları, muzey ekskursiyaları təşkil olunub. Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il və Novruz bayramı münasibətilə muxtar respublikanın ictimai həyatında, yaradıcılıq sahəsində, təhsildə, dövlət qulluğunda, idman yarışlarında, həqiqi hərbi xidmətdə və digər sahələrdə fərqlənən 4 mindən çox gənclə görüşlər keçirilib, 600-dən artıq fəal gənc mükafatlandırılıb.

Ötən dövrdə Gənclər Fondu muxtar respublikada yaşayan istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərə uyğun olaraq gənclər arasında yaradıcılıq müsabiqələrinin keçirilməsini də daim diqqət mərkəzində saxlayıb. Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, tam orta məktəblərin şagirdləri, məhdud fiziki imkanlı gənclər arasında müxtəlif mövzularda keçirilən müsabiqələrdə 5 minə yaxın gənc iştirak edib, 400 gənc isə qalib seçilərək mükafatlara layiq görülüb. Gənclərin təklif və təşəbbüsləri ilə hazırlanmış layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirilib. Belə ki, 2 mindən artıq gəncin iştirak etdiyi “Naxçıvanı kəşf et”, “Unipsixoloji forum”, “Gənclərin aktivliyinə dəstək”, “Ekoloji mədəniyyət və ekoturizm”, “Mən Naxçıvanı tanıyıram”, “Zəka oyunları festivalı” və digər bir çox layihələr məhz gənclərin bilavasitə təşəbbüsü ilə reallaşdırılıb.

Ümumtəhsil məktəblərinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında inşa-yazı, rəsm müsabiqələrinin, intellektual oyunların keçirilməsi, onların muzeylərə, tarixi abidələrə səfərlərinin, Ağbulaq İstirahət Mərkəzində həftəsonu istirahətlərinin və yay məktəblərinin təşkil olunması, gənclərin elmi potensialının formalaşdırılması, eləcə də onların mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması sahəsində bir sıra layihələr həyata keçirilib. “Naxçıvan: doğma diyar”, “Ümummilli lider Heydər Əliyev və Naxçıvan”, “Naxçıvan: müstəqillik illərində”, “Torpaq, uğrunda ölən varsa Vətəndir” adlı inşa-yazı müsabiqələri, “Hamımızın bir Vətəni var - bu, Azərbaycandır” silsiləsindən tam orta məktəblərin şagirdləri arasında “Xəmsə” intellektual oyunu, vətənpərvərlik mövzusunda şeir müsabiqələri, “Mənim yaradıcılığım” uşaq sərgisi, gənc alimlərin nümunəvi dərsləri və digər tədbirlər muxtar respublikanın tam orta məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlara vətənpərvərlik hisslərinin aşılanması, onların psixoloji vəziyyətinin yüksəldilməsi və bu qrupdan olan istedadlı uşaqların üzə çıxarılması məqsədilə onlar arasında da müxtəlif vaxtlarda yazı, şeir, mahnı və rəsm müsabiqələri keçirilib. Keçirilən tədbirlər bu kateqoriyadan olan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiya edilməsində mühüm rol oynayıb.

Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə hazırlıq kursları keçirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dilin tədrisi üçün lazım olan avadanlıqlarla təmin edilmiş linqafon kabinələrində dövlət vəsaiti hesabına həyata keçirilən kurslarda müxtəlif sahələrdə təhsil alan və ya işləyən gənclərin iştirakı, xarici dilləri mənimsəməsi üçün hər cür şərait yaradılıb. 2014-cü ildən ötən müddət ərzində 323 gənc kurslarda iştirak edib, iştirakçılardan 96-sı sertifikasiya imtahanlarında müvəffəqiyyət qazanaraq sertifikatla təmin olunub. Bundan başqa, 22 muzey bələdçisi xarici dil kurslarına cəlb olunub. Hazırda kurslarda qeydiyyatdan keçmiş gənclərin sayı 1066 nəfərdir.

Fond tərəfindən aidiyyəti təşkilatlarla birlikdə reallaşdırılan tədbirlərdən biri də gənclərin asudə vaxtının səmərəli təşkili və həftəsonu istirahətlərinin, yay məktəblərinin keçirilməsidir. 2013-cü ildən başlayaraq muxtar respublikamızda kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaq İstirahət Mərkəzində gənclərin yay məktəbləri təşkil edilir. Ötən müddətdə Ağbulaq İstirahət Mərkəzində keçirilən həftəsonu istirahətləri və yay məktəblərində 2 mindən çox gəncin istirahəti təmin olunub ki, onların da 200-ə qədəri sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrin uşaqları olub.

Muxtar respublikanın turizm potensialının təbliği və tanıdılması qarşıda duran əsas vəzifələrdəndir. 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə yeni işlərin görülməsi üçün geniş şərait yaradıb. “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Naxçıvanqalaya, Duzdağ Fizioterapiya Mərkəzinə, Şahbuz Dövlət Təbiət Qoruğu və Batabat Astrofizika Rəsədxanasına, Əlincəqalaya, Ordubad rayonundakı muzey və tarixi abidələrə, Gülüstan türbəsinə, Qarabağlar türbəsinə və digər yerlərə səfərləri məhz bu məqsədə - muxtar respublikamızın tarixinin, eləcə də turizm potensialının gənclərə tanıdılması və onların iştirakı ilə təbliği məqsədinə xidmət edir.

Gənclər Fondu tərəfindən muxtar respublikanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı ilə bağlı hazırlanmış videoçarxların, fotoların və digər materialların sosial şəbəkələrdə yerləşdirilməsi də diqqətdə saxlanılıb. Fondun sosial şəbəkə hesablarında (facebook, instagram, twitter, youtube) muxtar respublika ilə bağlı müxtəlif materialların yerləşdirilməsi təmin olunub. Bu günə qədər Gənclər Fondunun sosial şəbəkə hesablarında 9 min 268 foto, 594 video, 357 məlumat olmaqla, cəmi 10 mindən çox material paylaşılıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir