Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi Liderə və şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan tarixində xalqımıza qarşı törədilmiş qanlı hadisələrdən biri, amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist, militarist, azərbaycanlıların , bütövlükdə türk millətinin varlığına qənim kəsilmiş erməni-daşnak faşizmi tərəfindən xalqımıza qarşı törədilən Xocalı qətliamı barədə geniş danışıb. Qeyd edib ki, tarixi hadisələrin real faktlara əsaslanaraq doğru-düzgün işıqlandırılması günümüzün zəruri tələblərindən biridir. Çünki hər bir xalqın dövlətçilik, mədəniyyət və mənəviyyat tarixi, əslində, onun keçdiyi yolu, qan yaddaşını təşkil edir. Azərbaycan xalqının yaddaşında böyük qələbə və zəfərlərlə yanaşı, təəssüf ki, bir çox qanlı faciələr də var. Onlardan biri məhz Xocalı soyqırımıdır. XX əsrin 90-cı illərində xalqımıza qarşı törədilən, tarixin ən amansız və qanlı cinayəti sayılan Xocalı soyqırımından düz 30 il ötür. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 28 yanvar 2022-ci il tarixində “Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi haqqında” Sərəncam imzalayıb.

“Azərbaycanın qədim, zəngin mədəniyyət ocağı və yaşayış məskəni sayılan Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni barbarları-işğalçıları tərəfindən yerlə-yeksan edilib. Dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları bu amansız və qanlı cinayətdə o gün, o gecə Xocalı şəhərinin sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparıb, son nəfəslərinədək vuruşaraq nəinki düşmən qarşısında əyilmədilər, bir sözlə, xocalılılar Xocalının ölməzlik tarixini yazdılar. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.”-deyə Bəxtiyar Əsgərov çıxışına davam etdi; “Bu gün artıq demək olar ki, müstəqil və qüdrətli Azərbaycanın aparılan məqsədyönlü dövlət siyasəti və Heydər Əliyev Fondunun xüsusi təbliğatı vasitəsilə bütün dünya bilir ki, Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırımı aktı öz miqyası etibarilə Xatın, Liditse, Oradur və Sonqmi faciələri ilə müqayisə oluna bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən kütləvi soyqırımına məruz qalmışdır. Bəşəriyyətə qarşı olan bu soyqırımı aktında Ermənistan Respublikasının silahlı qüvvələri və Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu birləşmələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Bu qətliam zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulmuşdur. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi”, - -deyə daimi nümayəndəliyin rəhbəri qeyd edib.

Bəxtiyar Əsgərov deyib ki, dünyada professional qanunçuluğun gözü ilə baxan hər kəs görür ki, bu mütəşəkkil cinayət əməlində beynəlxalq terrorçuluq üçün xarakterik olan bütün əlamətlər vardır. İlk növbədə, o, siyasi məqsəd daşıyır və prosesdə, eyni vaxtda 3 tərəf iştirak edir: Terrorun icraçıları, qurbanları və sağ qalmış insanlar. Xocalı soyqırımını həyata keçirən erməni terror birləşmələrindən birinin rəhbəri olmuş Serjik Sarkisyanın (Ermənistanın sabiq prezidenti) etirafları da yuxarıda səslənən fikirləri təsdiqləyir: “Xocalıdan öncə azərbaycanlılar güman edirdilər ki, biz onlarla zarafat edirik və hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz isə bunun əksini sübut etməyi bacardıq. Baş verənlər də məhz bunlardan ibarətdir”. Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Azərbaycan xalqına qarşı aparılan misli görünməmiş bu soyqırımı, amansız qırğın aktı, erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı terror aktı olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayətdir. XX əsrin sonunda baş vermiş bu faciə, həqiqətən, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı beynəlxalq cinayətlər tarixinin ən qara səhifələrindən biri olaraq, erməni millətçilərinin son 200 ildən artıq bir dövrdə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir. Bu misli görünməyən cinayətin mümkün olması və onu törətmiş şəxslərin bu günə qədər cəzasızlığı beynəlxalq miqyasda ikili standartların və ədalətsizliyin hökm sürməsinin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında bu soyqırımıdan bəhs edərkən deyirdi: “1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi... XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi”. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Buna baxmayaraq, təəssüf hissi ilə qeyd edə bilərik ki, ozamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdir.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərovun sözlərinə görə, təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, erməni daşnakları xocalılıları, bütövlükdə isə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdiyi bir vaxtda Bakıda bu hadisələrə reaksiya vermək, törədilən qırğınların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq əvəzinə siyasi hakimiyyət uğrunda açıq savaş gedirdi. Bu cür vəziyyət, əslində, Azərbaycan dövləti və xalqı üçün fəlakət idi. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi böyük Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ona görə də, xalqımız məhz ikinci Xocalı faciəsini yaşamamaq üçün ümummilli lideri hakimiyyətə gətirdi. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs də məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra cənnət Qarabağımızın ermənilər tərəfindən terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər dəlil-sübutların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Belə ki, Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ölkədə və xaricdə keçirilən mühüm layihələrdən və görülən işlərdən danışan Bəxtiyar Əsgərov bildirib ki, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın siyasi fəaliyyəti sayəsində artıq dünyanın bir sıra ölkələrinin parlamentləri bu soyqırımının tanınması haqqında qərarlar qəbul edib. Xatırlatmaq istərdim ki, bu dəhşətli soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun ayrıca xidmətləri vardır. Fondun və Heydər Əliyev Mərkəzinin birgə layihələri çərçivəsində Azərbaycan həqiqətlərini, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mühüm işlər görülüb. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Xocalı soyqırımının dünyanın müxtəlif ölkələrində keçirilən aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər erməni qəddarlığının ifşasında mühüm rol oynamışdır. Bu işdə həmin ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələrimizin rolunu da qeyd etmək yerinə düşərdi. Məhz xaricdəki diplomatik nümayəndəliklərimiz vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı cinayət və vandalizm aktları barədə geniş məlumatlar əldə etmişdir. ABŞ-ın bir neçə ştatında, həmçinin Belçikada, bir sıra MDB ölkələrində, habelə Estoniya parlamentində Xocalı faciəsi yenidən müzakirə mövzusu olmuş, erməni vəhşiliyi barəsində dünya ictimaiyyətinə məlumat verilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlərin dünya ictimaiyyətinin nümayəndələri arasında yayılması xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlərin təşkil olunması erməni vəhşiliyinin beynəxalq ictimaiyyətə çatdrılmasında mühüm rol oynayıb. Kampaniyanın əsas məqsədi Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Daimi nümayəndəliyin rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir. İlbəil daha da güclənən, qüdrətlənən, müdafiə potensialı artan Azərbaycanın Milli Ordusu artıq düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 2016-ci ilin Aprel döyüşlərində və 2018-ci ilin may ayında qazanılan zəfərlər-Naxçıvandakı Günnüt əməliyyatı böyük Qələbə gününü daha da yaxınlaşdırıb. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrilərək xalqımıza böyük sevinc yaşatdı. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanılan əks-hücum əməliyyatının parlaq qalibiyyətlə yekunlaşması məhz bu baxımdan heç də təsadüfi deyildi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu. Ümumilikdə, Qarabağ şəhidlərinin, eləcə də həm Xocalının, həm də xocalıların qisası alındı. Azərbaycan Ordusunun hücumuna, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur oldu. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə atılmadan düşmən işğalından azad edildi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi yenidən atəşə tutması, 44 gündə 100-ə yaxın mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan terror aktlarını törətməsinə, eyni zamanda 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən edilən vəhşiliklərə qarşı bəzi ölkələrin biganə münasibəti, görməzdən gəlmələri keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə üzə çıxardı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qəti şəkildə bəyan etdi: “Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər”.

“Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan torpaqlarından rüsvayçılıqla qovuldu. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və həmin gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi” deyən Bəxtiyar Əsgərov sözlərinə davam edərək bildirib: “Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Anım Günü ilə bağlı keçirilən bu yürüş xalqın yenilməzliyinin, birliyinin bariz nümunəsi idi. Bu aksiyada Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdi. Yürüşün önündə əllərində şəhid hərbçi və şəhid körpənin şəklini tutmaqla Prezident və Birinci vitse-prezident əslində, dünyaya ismarış verdilər. Bu, hərbçisindən körpəsinədək hər bir vətəndaşın Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunun əyani göstəricisi idi. Şəhidlərin fotoları ilə yürüş onların daim ön sırada olması demək idi. Bu, dünyaya “Şəhidlər ölməz, Azərbaycan bölünməz!” ismarışının çatdırılması idi. Yürüş sübut etdi ki, Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əziz tutulacaq, heç vaxt unudulmayacaq!”.

Sonda B.Əsgərov diqqətə çatdırıb ki, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında, eləcə də muxtar respublikanın şəhər və rayon mərkəzlərində, qəsəbə və kəndlərində izdihamlı yürüşlərlə, anım abidələrinin ziyarət olunması ilə anılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı qurbanlarına Xatirə Kompleksi ucaldılmışdır. Bu il də, keçən illərdə olduğu kimi, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə Xocalı şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilir. Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam - soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaqlar.

Ermənilər Xocalı soyqırımını törətməklə, torpaqlarımızı uzun illər işğal altında saxlamaqla xalqımızın XX əsrdə mübarizə əzmini sınamaq, qürurunu qırmaq istədilər. Amma əksinə, bu, bizi daha da möhkəmləndirdi. Biz qədim keçmişi olan bir xalq kimi daha güclü və əzmli olduq. Ümummilli lider Heydər Əliyevin öndərliyi və ideyaları ilə güclü iqtisadiyyata malik, bütün sahələrdə inkişafa qadir olan müstəqil dövlət yaratdıq. O dövlət ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz və nüfuz sahibidir. Son illərdə Azərbaycan dostluq və tərəfdaşlığın nümunəsini dünyada yayan və təbliğ edən ölkələr sırasındadır. Bunu şərtləndirən ən böyük amillər xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, vətənə, torpağa məhəbbəti, ulu öndərin parlaq ideyaları, təməlini qoyduğu yüksək müstəqil dövlətçilik ruhu, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir. Neçə-neçə 30 illər keçəcək, lakin doğma xalqımız Azərbaycana qarşı törədilmiş bu amansız və qəddar, xain təcavüzü heç vaxt unutmayacaq! İnanırıq ki, Xocalı soyqırımını planlaşdıran və onu həyata keçirən azğın cəlladlar isə hökmən öz layiqli cəzalarını alacaq, humanizm, insanlıq, bəşəriyyət tərəfindən əbədi lənətlənəcəklər! Biz buna Tanrının köməyi, millətimizin qətiyyəti, əzmi və iradəsi sayəsində mütləq nail olacağıq!

Tədbir digər çıxışlar və Bakı Slavyan Universitetinin daimi nümayəndəlikdə istehsalat təcrübəsi keçən tələbələrinin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiyası ilə davam edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransı keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib VİDEO

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək