Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvanın səsi” radiosunun 20 illiyi qeyd olunub, Televiziya və Radio Verilişləri Redaksiyasına yeni avadanlıqlar verilib

Naxçıvan, 21 sentyabr, AZƏRTAC

“Naxçıvanın səsi” radiosunun 20 illiyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasına alınan yeni avadanlıqların təqdimatı ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından, təhsildə tətbiq edilən innovasiyalardan danışıb. Bildirib ki, muxtar respublikada aparılan uğurlu təhsil siyasəti təhsil mühitində innovativ yanaşmaların tətbiqini təmin etməklə yanaşı, bu sahənin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyasının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələ təşkil edib.

“2021-ci il yanvarın 1-dən etibarən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir”, - deyən nazir qeyd edib ki, qısa müddətdə hər bir təhsil pilləsinə uyğun verilişlər, innovativ təlim metodlarına uyğun teledərslər, tariximizi, mədəniyyətimizi əks etdirən, görkəmli şəxsiyyətlərlə bağlı maarifləndirici teleradio proqramları hazırlanaraq yayımlanıb. Ötən müddət ərzində redaksiyanın tədrisyönümlü fəaliyyət göstərməsi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların maariflənməsinə, yeni biliklər almasına, yaxud əldə etdikləri bilikləri zənginləşdirmələrinə geniş imkan yaradıb.

Diqqətə çatdırılıb ki, “Naxçıvanın səsi” radiosunun yayıma başlamasından ötən 20 il ərzində radio böyük inkişaf yolu keçib. 2021-ci ilin may ayından radionun efir vaxtı və fəaliyyətinin gücləndirilməsi məqsədilə ştatı artırılıb. “Naxçıvanın səsi”nin dayanıqlı yayımla təmin olunması və yayım keyfiyyətinin artırılması məqsədilə Sədərək və Duzdağ Radio-Televiziya Ötürücü stansiyaları müasir standartlara cavab verən avtomatik köklənmə sistemi ilə təchiz olunub. Nəticədə sərhədyanı ərazilərdə də “Naxçıvanın səsi” radiosunun daha keyfiyyətlə yayımlanması təmin edilib. Bu qayğının davamı olaraq Televiziya və Radio Verilişləri Redaksiyasına 12 adda 22 yeni televiziya avadanlığı alınıb. Yeni avadanlıqlar yaradıcılıq imkanlarının genişləndirilməsi və fəaliyyətin gücləndirilməsinə öz töhfəsini verəcək.

Nazir “Naxçıvanın səsi” radiosunun 20 illiyi münasibətilə kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb, Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyəti üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev çıxış edərək bildirib ki, müxtəlif səpkili proqramlar hazırlamaq, həmin proqramların son dərəcə rəngarəng və aktual olmasını təmin etmək prinsipini əsas götürən, dinləyicilərin könlünə yol tapan “Naxçıvanın səsi” həm də yenitipli yaradıcı və texniki heyətə malik olan ciddi və səmimi bir kollektiv kimi özünün işgüzar mühitini və geniş dinləyici auditoriyasını formalaşdıra bilib. Bu radio qədim və həmişəcavan diyarımızda müstəqillik dövrünün etibarlı carçısı kimi yolunu uğurla davam etdirir. Daim axtarışlarda olan, dinləyici zövqü ilə üst-üstə düşən verilişlər hazırlamağa səy göstərən kollektiv əksər hallarda buna nail olur. “Naxçıvanın səsi” bu gün, əsasən, təhsilyönümlü, musiqili-əyləncəli radiodur. Amma öz işini təkcə bununla məhdudlaşdırmır. Əhəmiyyətli və diqqətçəkən proqramlarla efirə çıxan radio həm də müxtəlif sahələri əhatə edən verilişlər hazırlayır.

Diqqətə çatdırılıb ki, 2021-ci ilin ötən dövrü ərzində “Naxçıvanın səsi” radiosu 2 min 713 saat efirdə olub və efirin 527 saatını canlı yayım proqramları təşkil edib. Bu da yüksək göstərici hesab edilir. Çünki canlı yayımlanan verilişləri efirə vermək üçün yüksək peşəkarlıq tələb olunur.

Kütləvi informasiya orqanlarının inkişafına göstərilən dövlət qayğısından bəhs edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov çıxışında vurğulayıb ki, ötən müddətdə redaksiyanın maddi-texniki bazası mərhələli şəkildə yenilənib, əməkdaşların yaradıcılıq imkanları artırılıb.

Qeyd olunub ki, redaksiyanın əsas fəaliyyət istiqamətlərindən biri də hər bir təhsil pilləsinə uyğun teleradio layihələrinin hazırlanması, ümumtəhsil məktəblərində tədris olunan fənlər, eləcə də innovativ təlim metodları üzrə teledərslərin hazırlanması, muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı şəkildə təhsil ictimaiyyətinə maraqlı, əhatəli, baxımlı telelayihələri təqdim etməkdir. Alınan avadanlıqlar isə gələcəkdə efir keyfiyyətini və yaradıcı işi daha da yüksəldəcək, geniş layihələr üzərində işləmək üçün yeni imkanlar yaradacaq.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşı Günel Mustafabəyli çıxışında bildirib ki, “Naxçıvanın səsi” radiosunun hədəfi muxtar respublikada həyata keçirilən təhsil siyasətini, təhsil quruculuğunu, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsini təbliğ edən yeni layihələr hazırlamaqdır.

Tədbirdə Azərbaycan Televiziyasının Teleradio Akademiyası və Türkiyənin Sivas Cümhuriyyət Universitetinin birgə reallaşdırdığı tədris proqramında iştirak edən redaksiyanın bir sıra əməkdaşlarına sertifikatlar və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında keçirilən “Qalib əsgərin müəllimi” videohekayə müsabiqəsində qalib olan redaksiyanın əməkdaşı Əzim Cəfərliyə diplom və hədiyyə təqdim edilib. Həmçinin muxtar respublikada həyata keçirilən təhsil siyasəti, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik mövzusunda teleradio proqramlarının hazırlanmasında səmərəli fəaliyyətinə görə Televiziya və Radio Verilişləri Redaksiyasının kollektivi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəkkürnaməsi, fəaliyyəti ilə seçilən əməkdaşlar isə fəxri fərman ilə təltif olunub, onlara qiymətli hədiyyələr təqdim edilib.

“Naxçıvanın səsi” radiosunun 20 illiyi münasibətilə hazırlanan “20 ilin səsi” filmi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda alınan avadanlıqlara baxış olub. Qeyd edək ki, redaksiyaya videoçəkilişlər üçün 2 kamera, səyyar çəkiliş üçün 2 ştativ, 1 dəst mikrofon, montaj üçün 2 dəst kompüter, ekran və yaddaş kartları alınıb.

Hazırda teledərslərin keçirilməsi və dəyirmi masaların təşkili üçün isə mebel və dekorasiyalardan ibarət studiyanın qurulması üzərində işlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO