CƏMİYYƏT
Nazir müavinləri Beyləqan və Tovuz rayonlarında vətəndaşların müraciətlərini cavablandıracaqlar
Bakı, 12 may, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri Vüsal Nəsirli mayın 19-da Beyləqan rayonunda, Anar Kərimov isə mayın 20-də Tovuz rayonunda həmin rayonların sakinlərini qəbul edəcəklər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Nazirliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 12-17 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcək.