DÜNYA
Nazir: Qətər illik təbii qaz istehsalını 110 milyon tona çatdıracaq
Bakı, 3 dekabr, AZƏRTAC
Qətər illik təbii qaz hasilatını 110 milyon tona çatdırmaq niyyətindədir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Qətərin energetika naziri Saad al-Kaabi deyib.
“Qətərin illik 77 milyon tonluq təbii qaz istehsalını qarşıdakı illərdə 110 milyon tona çatdırmaq planı var”, - deyə nazir bildirib. O əlavə edib ki, ölkəsinin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzvlükdən çıxması da bununla əlaqədardır: “OPEC-dən çıxmaq texniki və strateji qərardır. Buna baxmayaraq, Qətər digər ölkələr kimi neft alıb satmaqda davam edəcək”.
Qeyd edək ki, Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacaq. 15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]