REGİONLAR
Neftçala: 16 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb

Neftçala, 29 avqust, Mahir Babayev, AZƏRTAC
Neftçalanın orta məktəblərini bitirən şagirdlərdən 16 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayıb.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonun 40 ümumtəhsil məktəbini 644 şagird bitirib. Onlardan 301 nəfəri ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarına sənəd verib. Məzunlardan 220-si respublikanın müxtəlif təhsil ocaqlarına qəbul olunub. Şagirdlərdən 16-sı 600-dən yuxarı, 22-si isə 500-600 arası bal toplayıb.
Rayon üzrə ən yaxşı nəticəni şəhər 2 nömrəli məktəbin məzunları göstərib. Belə ki, ali və orta ixtisas təhsili məktəblərinə sənəd verən 14 şagirddən 11-i tələbə adını qazanıb.