“NƏŞRİYYAT İŞİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 581; 2002-ci il, № 12, maddə 709; 2004-cü il, № 7, maddə 505; 2007-ci il, № 10, maddə 938) 22-ci maddəsinin birinci hissəsində “Kitab Palatasına”, sözlərindən sonra “Azərbaycan Mətbuat Şurasına”, sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il.