Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİDERLANDIN KRALİÇASI ÜLYAHƏZRƏT BEATRİKSƏ

Ülyahəzrət, 

Niderland Krallığının milli bayramı - Kraliça günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Niderland arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin