DÜNYA
“Normand dördlüyü” liderləri telefonla Minsk razılaşmasını müzakirə edəcəklər
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Moskva vaxtı ilə 22-də “Normand dördlüyü” liderləri arasında telefon danışıqları olacaq. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, telefon danışıqlarında Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Petr Poroşenko və Rusiya prezidenti Vladimir Putin iştirak edəcək. Onlar Minsk razılaşmasının yerinə yetirilməsini və Rusiya qazına görə ödəniləcək vəsait ətrafında müzakirələr aparacaqlar.
Telefon danışıqları zamanı dörd ölkənin liderlərinin Avropa komissiyası, Ukrayna və Rusiya nümayəndələrinin qaz böhranına dair görüşünün nəticələrini də nəzərdən keçirəcəkləri bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]