“Novolipetsk Metallurgiya Kombinatı” Açıq Səhmdar Cəmiyyəti Direktorlar Şurasının sədri Vladimir Lisindən
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin ali dövləti fəaliyyətdə böyük təcrübəniz, tükənməz enerjiniz və uzaqgörən siyasi xadim nüfuzunuz doğma Azərbaycanın daha dinamik inkişafının və çiçəklənməsinin, onun zəngin iqtisadi, intellektual və idman potensialının üzə çıxmasının rəhnidir. Əminəm ki, Azərbaycanın 2015-ci ildə qəbul edəcəyi birinci Avropa Oyunları olimpiya miqyaslı əsl idman bayramı olacaq və bütövlükdə dünyada milyonlarla azarkeşə unudulmaz anlar bəxş edəcək.
Buna da əminəm ki, Azərbaycan idmançıları istər Bakı-2015 Avropa Oyunlarında, istərsə də 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında Sizi və bütün həmvətənlərini yüksək nəticələr, şanlı qələbələrlə sevindirəcəklər.
Sizə möhkəm cansağlığı, quruculuq enerjisi və firavanlıq arzu edirəm.
Hörmətlə,
Vladimir Lisin
“Novolipetsk Metallurgiya Kombinatı” Açıq Səhmdar Cəmiyyəti Direktorlar Şurasının sədri