ELM VƏ TƏHSİL
Nurlan İsmayılbəyli: Qarşılıqlı yerdəyişmədə iştirak edən müəllimlər növbəti semestrdən yeni iş yerlərində çalışa biləcəklər
Bakı, 24 noyabr, AZƏRTAC
Payız semestrinin sonunadək dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə edilən müraciətlərin emalı aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan "Təhsil masası"nda deyib. Onun sözlərinə görə, müsabiqənin emal mərhələsi başa çatdıqdan sonra müəllimlər növbəti semestrdən yeni iş yerlərində çalışa biləcəklər. Qeyd edilib ki, növbəti semestrdə yenidən müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə başlanılacaq.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində iştirak etmək istəyən şəxslər https://miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.