O müdhiş gecə heç zaman yaddan çıxmayacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmiş, şəhidlərin xatirəsi anılmışdır.
Təhsil Kompleksindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə təhsil müəssisəsinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun şəhər və rayonlarımızda, xüsusilə Bakıda törətdiyi qanlı faciələrdən bəhs etmişdir. Bildirmişdir ki, o müdhiş gecədən 22 il keçir. Lakin o gecə heç zaman yaddan çıxmayacaqdır.
Direktor xatırlatmışdır ki, həmin vaxt Moskvada yaşayan xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyev orada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirmişdir.
Qara Yanvarda gülləyə tuş gələn insanlar arasında neçə-neçə məktəblinin də olduğunu qeyd edən S.Xanlarova diqqətə çatdırmışdır ki, 13 yaşlı şəhid Larisa Məmmədova bu məktəbin şagirdi idi.
Direktor şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu vurğulamışdır.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]