SİYASƏT
“ODLAR YURDU” TƏŞKİLATI LONDONDA AZƏRBAYCANLI GƏNCLƏR ARASINDA “HEYDƏR ƏLİYEV KUBOKU” UĞRUNDA FUTBOL TURNİRİ KEÇİRMİŞDİR
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatının Azərbaycan üzrə təmsilçisi Murad Camalzadə AZƏRTAC-a bildirmişdir ki, qurum xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Londonda azərbaycanlı tələbə və gənclər arasında “Heydər Əliyev Kuboku” uğrunda futbol turniri keçirmişdir.
Səkkiz komandanin iştirak etdiyi Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, birinci katib Orxan Sultanov və digər ölkələrin səfirliklərinin nümayəndələri izləmişlər.
Qalib komandalara kuboku, qızıl və gümüş medalları səfir Fəxrəddin Qurbanov və “Odlar Yurdu” Təşkilatının sədri İlham Nağıyev təqdim etmişlər. Turnirin ən yaxşı oyunçusuna “Qızıl top”, ən yaxşı qapıçısına isə “Ən yaxşı qapıçı” kuboku verilmişdir.
Təltifetmə mərasimində Fəxrəddin Qurbanov ümummilli liderin anadan olmasının 85-ci ildönümü münasibətilə Azərbaycan Respublikası və onun hüdudlarından kənarda bir çox tədbirlərin həyata keçirildiyini qeyd etmiş, ilk dəfə keçirilən turniri yüksək qiymətləndirmişdir.
Təşkilatın sədri İlham Nağıyev bu turnirin ənənəvi olacağını və hər il ulu öndərin doğum günü ərəfəsində keçiriləcəyini vurğulamışdır.