CƏMİYYƏT
Oğrular məsuliyyətdən yaxa qurtara bilməmişlər
Bakı, 28 mart (AZƏRTAC). Martın 26-da Qalaş Tarıverdiyevə məxsus fotoaparatı oğurlamış Saatlı rayon sakini Nurəddin Məmmədov Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
N.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mart ayının 1-də rayon sakini Nicat Alışovun cibindən mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə saxlanılmış Sürayə Balayevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Nərmin Qasımovaya, Günel Həziyevaya və Cəmilə Kərimovaya məxsus pul və şəxsi sənədləri də oğurlaması müəyyən edilmişdir.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]