Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 17 dekabr (AZƏRTAC). Dekabrın 15-də Qazax rayonunun Cəfərli kəndindən keçən dəmir yolundan relsi sökərək oğurlamağa cəhd göstərmiş paytaxt sakini Ədalət Haqverdiyev və Qazax şəhər sakini Etibar Vəliyev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Dekabrın 15-də Bakı Beynəlxalq Avtovağzal Kompleksində Sumqayıt şəhər sakini Rəvanə Heydərovaya məxsus çantanı oğurlamağa cəhd göstərmiş həmyerlisi Elkin Xanabayski Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsinə təhvil verilmişdir.
A.Alı küçəsində Zakir Həsənova məxsus mağazadan pul və ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Abbasov Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faklarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]