Oğrular məsuliyyətə cəlb edilmişlər
Bakı, 29 dekabr (AZƏRTAC). Dekabrın 25-də V.Əliyevə məxsus “VAZ-2107” markalı avtomaşından oğurluq etməkdə şübhəli bilinən Təzə Kotec qəsəbəsinin sakini Füzuli Qarayev Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Dekabrın 21-də V.Hüseynovun evindən, M.Abbasova məxsus avtomaşından və Ə.Bayramovun həyətyanı sahəsindən oğurluq etməkdə şübhəli bilinən Saray qəsəbəsinin sakini İsrafil Nemətov Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmişdir.
Noyabrın 30-da Ş.Cəfərquliyevanın evindən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İntiqam Cəfərov Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]