Oğrular saxlanılmışlar
Bakı, 20 dekabr (AZƏRTAC). Suraxanı rayonu Zığ şosesində paytaxt sakini Adil Muradova məxsus mağazadan ərzaq məhsulları oğurlanmışdır. Oğurluğu törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsinin sakini Səid Sultanov və Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Məcidov Çevik Polis Alayı əməkdaşları tərəfindən tutularaq Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinə təhvil verilmişlər.
Dekabrın 18-nə keçən gecə Şabran rayon sakini Nizami Ağayevə məxsus “Dəvəçi-Dəyirman” ASC-nin nəzdində fəaliyyət göstərən quşçuluq sexinin inzibati binasından sex rəisinin otağındakı seyfin qıfılı açılaraq 2900 manat pul oğurlanmışdır.
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Tərlan Murtuzayev və Rauf Əliyev saxlanılmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]